Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya və Çinin bu addımı ABŞ-ı qorxuya saldı: Ordu hərəkətə keçdi

Rusiya və Çinin bu addımı ABŞ-ı qorxuya saldı: Ordu hərəkətə keçdi

SİYASƏT

250

20.09.2024, 22:38

Pentaqon Alyaska ilə yanaşı, yaxınlıqdakı adalara da əlavə qoşun  yeridib

Bugünlərdə ABŞ Alyaskaya çoxlu sayda raket sistemləri və hərbi qüvvələr yerləşdirib. Buna səbəb isə Rusiya və Çinin birgə təlimləri zamanı 8 hərbi təyyarə və 2 sualtı qayıqla Alyaskaya doğru hərəkət etməsi olub.

 OXU24.COM ABŞ mediasına istinadən xəbər verir ki, təlim zamanı ABŞ-ın sərhədləri pozulmasa da, rəsmi Vaşinqton bu addımı müttəfiqlərin Alyaskaya “hücum məşqi” kimi dəyərləndirib. Bu səbəbdən də Pentaqon Alyaskaya əlavə raket birləşmələri göndərməklə bu bölgənin təhlükəsizliyini gücləndirməyi qərara alıb.

Sentyabrın 20-də açıqlama verən rəsmilər Alyaskada raket sistemlərinin yerləşdirilməsi prosesini  başa çatdırdıqlarını bəyan ediblər. Alyaska ilə yanaşı, yaxınlıqdakı bir sıra adalara da hərbçilər yerləşdirilib.

11-ci Hava-desant diviziyasının komandiri general-mayor Cozef Hilbert bildirib ki, Alyaskadan 1200 mil (1930 kilometr) cənub-qərbdəki adaya yerləşdirmə “lazımi vaxtda” edilib və uğurla başa çatdırılıb.

Məlumat üçün qeyd edək ki,  Alyaska ABŞ-la Rusiya arasında hərbi toqquşma ehtimalının yüksək olduğu məkanlardan biri hesab edilir.