Qan analizindən bu xəstəliyi bilmək olurmuş
20 Aprel 2026, 15:41
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
203
17.09.2024, 16:27
Niderland tərəfi növbəti dəfə Azərbaycana və postmünaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirir.
Oxu24.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığı tərəfindən 13 sentyabr 2024-cü il tarixində dərc olunmuş hökumət proqramının “Beynəlxalq təhlükəsizlik” bölməsində yer alan iddialarla bağlı yerli medianın sualına cavabında bildirib.
"Əvvəla, bu ölkənin Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qeyd etməsi qəbuledilməzdir. Qarabağ bölgəsi hər zaman ölkəmizin ayrılmaz hissəsi olub və 30 ilə yaxın Ermənistanın qanunsuz işğalı altında idi.
Həmçinin oxuyun
Niderlandın Ermənistanın bu qanunsuz hərəkətlərinə göz yumması təəssüf doğurur. Azərbaycanın bu ərazilərin azad edilməsi ilə bağlı tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, habelə bu və ya digər şəkildə yanlış dəyərləndirilə bilinməyəcək qədər ölkəmizin suveren hüququ olub.
Bununla yanaşı, biz Azərbaycanın Qarabağ bölgəsinin qondarma “Dağlıq Qarabağ” şəklində yanlış adlandırılmasını qətiyyətlə rədd edirik. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının daha bir bariz təzahürüdür. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati və ya coğrafi vahid olmadığını, habelə hər bir dövlət və təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən standartlaşdırılmış və Birləşmiş Millətlər Təşkilatının Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlara istinad etməli olduğunu bir daha təkrar edirik.
Biz Niderland tərəfini Azərbaycan və Niderland arasında ikitərəfli münasibətləri daha da sarsıdan və regionun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafına mane olan bu cür bəyanatlara son qoymağa çağırırıq", - XİN rəsmisi qeyd edib.
17:49 / 20 Aprel 2026
3
17:45 / 20 Aprel 2026
16
17:05 / 20 Aprel 2026
28
17:00 / 20 Aprel 2026
36
16:49 / 20 Aprel 2026
240
16:41 / 20 Aprel 2026
45
16:40 / 20 Aprel 2026
59
16:28 / 20 Aprel 2026
380
16:24 / 20 Aprel 2026
140
16:16 / 20 Aprel 2026
57
16:13 / 20 Aprel 2026
58
15:53 / 20 Aprel 2026
68
15:41 / 20 Aprel 2026
75
15:31 / 20 Aprel 2026
313
15:29 / 20 Aprel 2026
61
15:16 / 20 Aprel 2026
217
15:11 / 20 Aprel 2026
65
14:53 / 20 Aprel 2026
411
14:48 / 20 Aprel 2026
80
14:39 / 20 Aprel 2026
122
14:28 / 20 Aprel 2026
532
14:21 / 20 Aprel 2026
244
14:06 / 20 Aprel 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.