TƏCİLİ! Baş nazir onu vəzifədən azad etdi
08 Sentyabr 2026, 12:37
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
272
02.09.2024, 16:57
“Dünənki seçkilər münasibətilə sizi təbrik etmək istəyirəm. Seçkilər demokratik və azad şəkildə keçirilib”.
Oxu24.com xəbər verir ki, bunu Serbiyanın XİN rəhbəri Marko Curiç Bakıda xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan hökuməti, parlamentlə işləməyə hazırdırlar:
“Bu əməkdaşlıq prezidentlərimizin strateji vizyonu sayəsində daha da güclənib. 20 ildən artıqdır ki, münasibətlərimiz mövcuddur. Bakıda bu gün apardığımız müzakirələrimiz çox faydalı və məhsuldar olub. Bu əməkdaşlıq ildən-ilə artıb və bu il rekord olduğunu qeyd edə bilərik.
Əməkdaşlığı daha da artırmaq niyyətindəyik. Azərbaycanı COP29-a ev sahibliyi etməyi ilə bağlı təbrik etmək istəyirəm. Serbiya COP29 iclasında çox fəal rol oynayacaq və Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslərə mümkün qədər çox dəstək vermək niyyətindədir.
Biz Azərbaycanın suverenliyini dəstəkləməyə davam edəcəyik. Bu bir prinsip məsələsidir. Bu, iki ölkənin beynəlxalq hüquqa verdiyi önəmə görədir”.
“Serbiyanın simasında Azərbaycanın çox etibarlı dostu var. Burda olmağımdan şərəf duyuram. Bundan sonra Azərbaycan Serbiyaya hər zaman etibar edə bilər”, - deyə serbiyalı nazir vurğulayıb.
13:45 / 08 Sentyabr 2026
1
13:45 / 08 Sentyabr 2026
3
13:15 / 08 Sentyabr 2026
42
13:12 / 08 Sentyabr 2026
36
13:05 / 08 Sentyabr 2026
47
13:04 / 08 Sentyabr 2026
53
12:58 / 08 Sentyabr 2026
175
12:52 / 08 Sentyabr 2026
50
12:45 / 08 Sentyabr 2026
46
12:37 / 08 Sentyabr 2026
486
12:35 / 08 Sentyabr 2026
53
12:25 / 08 Sentyabr 2026
206
12:25 / 08 Sentyabr 2026
55
12:15 / 08 Sentyabr 2026
59
12:14 / 08 Sentyabr 2026
57
12:10 / 08 Sentyabr 2026
58
12:05 / 08 Sentyabr 2026
58
12:00 / 08 Sentyabr 2026
59
11:45 / 08 Sentyabr 2026
67
11:32 / 08 Sentyabr 2026
720
11:30 / 08 Sentyabr 2026
64
11:28 / 08 Sentyabr 2026
65
11:20 / 08 Sentyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.