Qaynar xətt:

(+99450) 247 90 86

Natanyahudan İran və "Hizbullah"a SƏRT XƏBƏRDARLIQ: "Bu, hekayənin sonu deyil"

Natanyahudan İran və "Hizbullah"a SƏRT XƏBƏRDARLIQ: "Bu, hekayənin sonu deyil"

SİYASƏT

366

25.08.2024, 22:08

"İsrail Livanın "Hizbullah" hərəkatına qarşı önləyici tədbirlər görüb və İsrailin mərkəzi strateji hədəfinə vurulan bütün pilotsuz təyyarələr ələ keçirilib".

OXU24.COM  xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

""Hizbullah" və İran liderləri bilməlidirlər ki, cavab tədbirləri şimaldakı vəziyyətin dəyişdirilməsi və sakinlərimizin öz evlərinə qaytarılması istiqamətində atılan növbəti addımdır və bu, hekayənin sonu deyil", - Baş nazir sərt xəbərdarlıq edib.

İsrail daha əvvəl Livanın cənubunda "önləyici" hava hücumları təşkil etdiyini bildirib və Livanın "Hizbullah" hərəkatı daha sonra komandiri Fuad Şükrün öldürülməsinə cavab olaraq İsrailə yüzlərlə pilotsuz təyyarə və raket zərbələri endirib.