Qaynar xətt:

(+99450) 247 90 86

BQXK Bakıda həbsdə olan Qarabağ separatçılarına baş çəkdi

BQXK Bakıda həbsdə olan Qarabağ separatçılarına baş çəkdi

SİYASƏT

275

16.05.2024, 16:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

May ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi rrməni əsilli şəxslərə yenidən baş çəkiblər.

Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O bildirib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

"Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir".