Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108909
az

Samir Nuriyev İqor Petrişenko ilə görüşüb

15:5415 May, 2024
56
SİYASƏT
  • A

Mayın 15-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə olan Belarus Respublikasının Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.

Oxu24.com xəbər verir ki, görüşdə Azərbaycan ilə Belarus arasında münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub. Ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan əlaqələrin formalaşmasında və inkişafında dövlətlərimizin başçılarının səmimi dostluq münasibətlərinin mühüm rol oynadığı qeyd edilib.

Həmçinin bildirilib ki, son illər ərzində iki dövlət arasında əlaqələr bir çox istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf edir, beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq həyata keçirilir.

Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə qısa müddət ərzində genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını bildirib. Prezident Administrasiyasının rəhbəri “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq görülən işlər nəticəsində artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmağa başladıqlarını və bu prosesin qarşıdakı müddətdə daha da sürətlənəcəyini vurğulayıb.

Görüşdə işğaldan azad edilmiş ərazilərdə də iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edilərək, bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Sonda Samir Nuriyev İqor Petrişenkoya “Qarabağ işğaldan əvvəl və sonra” kitabını hədiyyə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zakir Həsənov generalı işdən çıxardı
İlham Əliyev Rolli Van Rappardı qəbul etdi
ABŞ Gürcüstanı HƏDƏLƏDİ

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Narkotikin təsiri ilə maşın idarə edən sürücü saxlanıldı