Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108850
az

Putin hökumətin yeni tərkibini təsdiqlədi

23:3614 May, 2024
130
SİYASƏT
  • A

Rusiya Prezidenti Vladimir Putin yeni nazirləri və baş nazirin müavinlərini təyin edib.

OXU24.COM  xəbər verir ki, dövlət başçısının müvafiq sərəncamları artıq dərc olunub.

Yeni təyinatlar arasında müdafiə nazirinin Andrey Belousov təyin olunması diqqət çəkib. Qeyd edək ki, 65 yaşlı Belousov müxtəlif vaxtlarda dövlət başçısı Vladimir Putinin iqtisadi məsələlər üzrə köməkçisi, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri, Rusiya Federasiyası Hökumətinin İqtisadiyyat və Maliyyə Departamentinin direktoru, Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin baş direktoru işləyib. 2020-ci il aprelin 30-dan mayın 19-dək Mişustinin koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilməsi zamanı Belousov Nazirlər Kabinetinin rəhbəri vəzifəsini icra edib.

Rusiya hökuməti ilk dəfə olaraq 2020-ci ildə konstitusiyaya edilən dəyişikliklə nəzərdə tutulan yeni prosedura əsasən formalaşıb. Bütün namizədlər parlamentdə nəzərdən keçirilib və təsdiq edilib.

Ümumilikdə hökumətin tərkibinə baş nazir, onun 10 müavini və 21 nazir daxildir. Nazirliklərin sayı və adı əvvəlki tərkiblə müqayisədə dəyişməyib. Beş nazir birbaşa prezidentə hesabat verir: Bunlar daxili işlər, xarici işlər, müdafiə, fövqəladə hallar və ədliyyə nazirliklərinin rəhbərləridir.

Qeyd edək ki, mayın 10-da Vladimir Putin Mixail Mişustini hökumətin sədri təyin edib. Baş nazir artıq prezidentə federal icra orqanlarının strukturu ilə bağlı təkliflər təqdim edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan Blinkenin müavini ilə sülh prosesini müzakirə etdi
Zelenski Böyük Britaniyaya gedir
Lukaşenko Ukrayna ilə bağlı planlarını ELAN ETDİ

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO