Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106612
az

Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü

22:1219 Aprel, 2024
91
SİYASƏT
  • A

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili seçki kampaniyasında iştirak etmək və Milli Hərəkat Partiyasının siyasi fəaliyyət komitəsinə rəhbərlik etmək niyyətindədir.

Bu barədə hazırda həbsdə olan siyasətçi sosial şəbəkə hesabında müraciət ünvanlayıb.

“Milli Hərəkatdan xahiş edirəm ki, yaxın günlərdə partiyanın idarə heyəti yaradılsın və bu idarə heyətinin sədri vəzifəsinə mənim namizədliyimə baxılsın”,  – deyə Saakaşvili qeyd edib.

O, ölkənin siyasi həyatında fəal iştirak etməyə hazır olduğunu vurğulayıb: “Çünki indi respublika üçün dönüş nöqtəsi gəlib çatıb. Ölkə üçün həlledici məqamda qürurlu, güclü xalqımızın əsas nizamı birlikdir. Mən bir şəxs və regional lider kimi bu birlik üçün hər şeyi etməyə hazıram. İlk növbədə, birlik seçkilər üçün ümumi siyahı deməkdir. Bütün əsas Avropayönlü güclər paritet əsaslarla öz nümayəndələrini bu ümumi siyahıya həvalə edəcəklər”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Paşinyan: Mümkün qədər tez...
Gürcüstan Prezidenti təcili ÇAĞIRIŞ ETDİ: