Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
18 Aprel 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
335
16.04.2024, 13:53
Tokayevin İrəvana səfəri Bakıya qarşı müəyyən nüanslara yadda qaldı. Qazaxıstan prezidenti öncə Azərbaycana gəlməklə və azad edilmiş əraziləri ziyarət etməklə Ermənistan səfərini balanslaşdırmışdı. Və hesab etmək olar ki, Qarabağın azad edilməsindən sonra türk dövlətinin Ermənistanla bu qədər yaxınlaşması o qədər də təhlükəli qarşılanmamalıdır, əksinə, Astana Tokayevin də dediyi kimi, Bakı-İrəvan danışıqlarında platforma rolunu oynaya, Ermənistanı regionda sülhə inandıra bilər.
OXU24.COM bildirir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı şəxsi feysbuk hesabında yazıb.
Astana və İrəvanın "qardaşlaşması" da qarşılıqlı maraqlarından irəli gəlir:
- Moskvadan uzaqlaşmağa çalışan Ermənistan da Qazaxıstanla Rusiya qarşısında təklənməmək üçün yaxınlaşmaq istəyir;
Məsələyə bu aspektdən baxmaq olardı, lakin gerçək hədəflər fonunda Qazaxıstan-Ermənistan xəttində hadisələrin Azərbaycan maraqlarına uyğun olmayan istiqamətdə inkişafı müşahidə edilir.
Tokayevin İrəvana gəlişində əsas hədəf Qərbin Orta dəhliz üzərində dəstəklədiyi Ermənistana məxsus "sülhün kəsişməsi" layihəsidir. İrəvanda verilən açıqlamalar Qazaxıstanın bu layihəyə maraq göstərdiyi, lakin prosesin hələ "tanışlıq mərhələsində" olduğu yönündə olsa da, Tokayev Bakıya gəlişindən dərhal sonra Astana İrəvanın layihəsinə siyasi dəstəyini elan etmişdi. Qazaxıstan prezidenti Bakını tərk edəndən (11-12 mart) sonra xarici işlər naziri Murat Nurtleu Ermənistana (18 mart) getdi və İrəvanda bəyan etdi ki, "sülhün kəsişməsi" layihəsi ölkələrimiz üçün son dərəcə vacibdir". Tokayev də Ermənistana gəlməmişdən bir gün öncə erməni mediasına müsahibəsində "sülhün kəsişməsi" layihəsinə dəstək ifadə etdi, İrəvanda da bu layihəni alqışladıqlarını bildirdi.
Ermənistanın irəli sürdüyü "sülhün kəsişməsi" layihəsi Azərbaycanın maraqlarına ziddir.
Birincisi, bu layihədə Zəngəzur dəhlizi sıradan çıxır, yaxud Bakının istədiyi ən azı Naxçıvana maneəsiz keçidin "Azərbaycandan Azərbaycana prinsipi" üzərindən verilməsi də nəzərdə tutulmur;
İkincisi, bu, Ermənistana Avrasiyanın nəqliyyat şəbəkəsində üstünlük qazandırır: belə demək mümkünsə, Azərbaycan nəqliyyat şəbəkəsindəki üstünlüyündən Ermənistana pay verir, əvəzində heç qazanmır;
Həmçinin oxuyun
Üçüncüsü, "sülhün kəsişməsi" Bakı və Ankaranın türk dünyasını coğrafiya-nəqliyyat dəhlizləri üzərindən birləşdirmək planlarına da uyğun gəlmir;
Bu kontekstdə Qazaxıstanın bu layihəni dəstəkləməsi suallar yaradır. Hesab etmək olar ki, Astana Bakının maraqlarını nəzərə almadan yer aldığı Orta dəhlizin bu və ya digər formada reallaşmasına çalışır, hərçənd, Paşinyanın "sülhün kəsişməsi" layihəsi Orta dəhlizə alternativ kimi irəli sürülən "Orta dəhliz 2" adlandıra biləcəyimiz planının tərkib hissəsidir. Bu plan Qərbdə xüsusilə amerikalılar tərəfindən irəli sürülüb.
ABŞ Çindən başlayan, Mərkəzi Asiya, Azərbaycan və Türkiyədən keçərək, Avropaya çıxan Orta dəhlizi nəzarətə götürmək istəyir və Mərkəzi Asiyadan başlayaraq, Azərbaycan, Ermənistan və Türkiyədən keçməklə Avropaya çıxan layihəni təkif edir. Bununla:
- Əsas rəqib kimi gördüyü Çinin "bir kəmər bir yol" layihəsinin qarşısını alır;
- Avropadan Mərkəzi Asiyaya uzanan bu marşut üzərindən təsir imkanlarını Çin sərhədlərinə qədər genişləndirir;
- Ermənistanı plana daxil etməklə Zəngəzur dəhlizini sıradan çıxarır, bununla Rusiyanın iştirakını bloklayır;
Çin və Rusiyaya qarşı olan bu planda qazanan Ermənistan olur. Tokayevin İrəvana səfəri - Ermənistanla yaxınlaşmaq siyasəti bu plandan qaynaqlanır. Görünür, Qazaxıstan Rusiya ilə eyni ittifaqlarda yer alsa da, Çinlə sıx əməkdaşlıq qursa da, Qərblə - ABŞ-la da müəyyən oyunun içindədir. Hərçənd, bunu tamamilə Ermənistanın maraqlarına uyğun həyata keçirməsi qəbuledlməzdir, çünki rəsmi Astana bu layihədə ən azı Bakının Naxçıvana çıxış üçün "Azərbaycandan Azərbaycana prinsipini" dəstəkləyə bilər. İrəvanda verilən mesajlar isə bunun əksini göstərir. Tokayevin İrəvanda dediyi "Mən qədim sivilizasiyadan qaynaqlanan zəngin tarixə və mədəniyyətə malik erməni xalqının torpağına xüsusi hisslərlə baş çəkirəm" sözləri də mübahisələndirilə bilər.
Bütün bunların fonunda bir məqam yada düşür: bu ilin yanvar ayında Qazaxıstan və Ermənistan arasında müdafiə sahəsində əməkdaşlıq planı imzalanıb. Sual yaranır: Qazaxıstan Ermənistana silah göndərəcək, yoxsa hansısa silahların verilməsində tranzit rolunu oynayacaq, ümumiyyətlə Astana İrəvana hərbi baxımdan hansı yardımları edə bilər?
Bakıda Astana və İrəvanın "qardaşlaşması" və yarana biləcək risklər yaxından izlənilir.
00:36 / 19 Aprel 2026
190
23:59 / 18 Aprel 2026
237
23:34 / 18 Aprel 2026
1008
23:30 / 18 Aprel 2026
306
23:08 / 18 Aprel 2026
213
22:59 / 18 Aprel 2026
314
22:25 / 18 Aprel 2026
358
22:14 / 18 Aprel 2026
258
21:53 / 18 Aprel 2026
318
21:38 / 18 Aprel 2026
280
21:15 / 18 Aprel 2026
245
20:52 / 18 Aprel 2026
180
20:39 / 18 Aprel 2026
259
20:28 / 18 Aprel 2026
212
19:59 / 18 Aprel 2026
170
19:38 / 18 Aprel 2026
203
19:26 / 18 Aprel 2026
357
19:16 / 18 Aprel 2026
1470
18:59 / 18 Aprel 2026
196
18:49 / 18 Aprel 2026
94
18:36 / 18 Aprel 2026
121
18:25 / 18 Aprel 2026
128
18:16 / 18 Aprel 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.