Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105778
az

Lənkəran İcra Hakimiyyətində yeni təyinatlar olub

14:5608 Aprel, 2024
122
SİYASƏT
  • A

Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinatlar olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sərəncamı ilə aprelin 8-də icra başçısının birinci müavini və başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrinə yeni təyinatlar olub. Sərəncama əsasən, Cəfərzadə Mikayıl Babək oğlu icra başçısının birinci müavini, Dadaşov Aqil İlqar oğlu isə başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrinə təyinat alıblar. Onlar kollektivə təqdim ediliblər.

Qeyd edək ki, bu vəzifəyə qədər M.Cəfərzadə başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, A.Dadaşov isə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini vəzifələrində çalışıblar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lənkəran İcra Hakimiyyətində yeni təyinatlar olub
Bu şəhərdə hamı İlham Əliyevə səs verib
Prezident sərəncam imzaladı