Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107511
az

Asim Mollazadə korrupsiyaya bulaşan Şvabedən danışdı: "Onu Almaniyada yaxşı tanıyırlar"

22:3830 Aprel, 2024
88
MANŞET
  • A

"Almaniyanın AŞPA-dakı sosialist qrupunun rəhbəri Frank Şvabenin Azərbaycana qarşı nifrəti Avropanın maraqları yox, onun şəxsi maraqları ilə bağlıdır”.

OXU24.COM  xəbər verir ki, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Almaniyanın AŞPA-dakı sosialist qrupunun rəhbəri Frank Şvabenin ölkəmiz əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

“Frank Şvabeni Almaniyada yaxşı tanıyırlar. Çünki alman mediası davamlı olaraq onun korrupsiyaya bulaşması və başqa ölkələrin maraqlarına xidmət etməsi barədə yazır. Onun Azərbaycana qarşı nifrəti Avropanın deyil, onun şəxsi maraqlarından irəli gəlir və sahiblərindən aldığı sifarişlə bağlıdır. Belə adamlar bu cür nifrət dolu açıqlamaları ilə Avropa və Almaniyanın dəyərlərinə zidd olaraq sahiblərinin könlünü xoş etmək istəyirlər” – Asim Mollazadə deyib.

Millət vəkili əlavə edib ki, Şvabenin rəhbəri olduğu, ancaq xarici ölkənin nümayəndələrinə məxsus futbol klubundan öz şəxsi mənafeyi üçün istifadə etdiyi, bu klub vasitəsilə maliyyə fırıldaqlarına yol verdiyi barədə Almaniya mediasında dəfələrlə məlumatlar dərc edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Daimi aclıq hissi zülal çatışmazlığı səbəbindən ola bilər”
Gürcüstanı Ukraynaya çevirməyi və ikinci cəbhə açmağı planlaşdırırlar - Kobaxidze
Hansı çaylar arıqlamağa kömək edir?