Qaynar xətt:

(+99450) 247 90 86

Bayden Putini təhqir etdi

Bayden Putini təhqir etdi

SİYASƏT

491

22.02.2024, 13:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini təhqir edib.

“RİA Novosti”yə istinadən OXU24.COM  xəbər verir ki, Bayden Rusiya liderinə qarşı “dəli it oğlu” ifadəsini işlədib. Amerika prezidenti bunu dünən seçki kampaniyası çərçivəsində çıxışı zamanı nüvə təhlükəsi barədə danışarkən deyib.

“Putin və digərləri kimi dəli it uşaqlarımız var və biz həmişə nüvə münaqişəsi barədə narahat olmalı oluruq. Lakin bəşəriyyət üçün ekzistensial təhlükə iqlimdir”, - deyə ABŞ lideri qeyd edib. 

Qeyd edək ki, Bayden bundan əvvəl də Putin barəsində qalmaqallı açıqlamalar verib. Belə ki, Ukraynada müharibə başlayandan sonra o, rusiyalı həmkarını “qatil”, “diktator”, “qəssab”, “hərbi cinayətkar” adlandırıb.