Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43454
az

Apteklərin bayramıdır - Əlaltından 750 manata dərman satırlar

13:1505 Dekabr, 2020
928
ŞİKAYƏTLƏR
  • A
"Favipiravir" adlı dərmanı 750 manata satırlar”. Oxu24.com xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu koronaviruslu xəstələrin müalicəsində istifadə olunan dərman preparatlarının çatışmazlığından danışarkən deyib. Onun sözlərinə görə, pandemiya ilə mübarizədə istifadə olunan dərmanların bəzilərini qara bazarda tapmaq olur: "Dərman çatışmazlığından, qara bazarda dərman satışlarından məlumatlar gəlir. Belə məlumatları nə ikinci, nə üçüncü deyil, elə birinci şəxslərdən alıram. "Favipiravir" adlı Adərmanı 750 manata satırlar". Məsələni araşdırmaq üçün Bakı şəhərində fəlaiyyət göstərən apteklərdə müraciət etdik. "Depo", "Zəfəran", "Nar", "Planet" və s. apteklərdən "Favipiravir" adlı dərmanın hazırda satışda olmadığını və bir müddət bundan öncə qutardığını bildirdilər. Qeyd edək ki, bundan əvvəl jurnalist Şəmşad Ağa da bu mövzuya toxunub: "Artıq koronavirus ölkədə mənfi nəticələrini göstərir və sonucun necə olacağını heç kəs proqnozlaşdıra bilmir. Amma dəhşətlisi odur ki, COVİD19-a qarşı effektiv sayılan preparatlardan biri - "Favipiravir" ölkədə apteklərdə tapılmır, əl altdan 450-500 manata satılır. Xatırlayırsınızsa, xəstəlik Azərbaycanda yenicə yayılanda indi apteklərdə 7-14 manata satılan "Arbidol" 100-150 manata satılırdı. İndi biri izah etsin görək, bu ölkədə 500 manata "Favipiravir" ala biləcək neçə adam var? Bu nə nəzarətsizlik və özbaşınalıqdır? Bəs bu dərman monopoliyası ilə məşğul olanlarda heçmi vicdan qalmayıb? Axı 3 gün bundan əvvəl övladlarını müharibəyə göndərən insanlara bu soyğunçuluğu necə rəva görürlər? Bu soyğunçuluqla erməni işğalçılarının Ağdamı, Füzulini, Cəbrayılı və s. soyub dağıtmaları arasında heç bir fərq yoxdur...” /Qaynarinfo Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
"Kontakt Home" müştərilərini aldadır?

6,2 milyon dollara satılan bananın sirri nədir? — FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu