Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32929
az

Azərbaycanın bu kəndində insanlar blokadaya alındı: İnternet və su kəsildi +VİDEO

15:2011 İyun, 2020
3646
ŞİKAYƏTLƏR
  • A

Bu gün bütün işlərin  internet  üzərindən həll olunduğu  zamanda  Azərbaycanın  bu  bölgəsində  hələ  də  internet  yoxdur.

Söhbət  Ucar  rayonunun,Qarabörk  kəndindən   gedir.

Oxu24.com  saytınının  əməkdaşı  sözügedən kənddə  rastlaşdığ  mənzərədən  həqiqətən  də  şoka  düşüb. Kənd  rayonun  mərkəzinə  çox  yaxın  məsafədə  yerləşir. Əsas  magistral  yolun üzərində  yerləşən  kəndin  sakinləri  bu  günə  kimi   internetin  nə  olduğunu  bilmir.

Müşahidələrimiz  zamanı  məlum  oldu  ki, kənddə  əvvəllər  telefon  xətti  olub. Amma  son  zamanlar  həmin  xəttlər  və  şalbanlar  ATS işçiləri  tərəfindən kəsilərək  naməlum  yerə  aparılıb.

Sözügedən  hadisənin  videosu:

 

Saytımıza  müraciət  edən  40-dan  artıq  vətəndaş  bildirib  ki, kəndə  internet  çəkilməsi  üçün  dəfələrlə  rəsmi  şəkildə  yerli poçt  şöbəsinin  rəhbərinə  müraciət  ediblər.

Buna  baxmayaraq  bu günə  kimi  sakinlərin  müraciətinə  baxan yoxdur.

Təhsilin,bütün işlərin demək  olar ki,  elektron qaydada  olduğu  zamanda  kənd  sakinləri  internet  blokadasında  yaşayır.

Onlar özləri   bunu  belə  hesab  edir.

Kənd  sakinlərinin  problemi  bununla  bitmir. Kəndin bir  hissəsinə  su  xətti  çəkilsə  də, yarı hissəsi  susuz qalıb.  Yerli bələdiyyədən  bildiriblər  ki,  su  xəttininin çəkilməsi  layihəsi  əhalinin  50  faizinə  aiddir.  Bu  isə  kəndin  aşağı  hissəsində  yaşayan  sakinlərin haqlı  etirazına  səbəb  olub.Bəs  onlar   Azərbaycan  vətəndaşı  deyilmi?

Ümid  edirik ki,  qeyd  olunan  problemlə  bağlı  aidiyyatı  qurumlar  tədbir  görəcək.

Vətəndaşların  müraciətini  təqdim  edirik:

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Bakıda bu yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb 

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi