Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106032
az

"Aztelekom"-un internet "oyunu" - Pulu alınan internet niyə verilmir?

11:5912 Aprel, 2024
170
ŞİKAYƏTLƏR
  • A

"Aztelekom" MMC-dən şikayətlər bitmək bilmir.

 

Oxu24.com xəbər  verir  ki, bu dəfə ölkənin internet bazarında böyük  hissəyə  nəzarət  edən  "Aztelekom"-un internetin  sürəti  üzərində  "oyunu"ndan şikayətlər var.Bir sıra abonentlər  internetin sürətinin müqavilədə qeyd  ediləndən aşağı olmasından şikayətlənir.

 

Ucar rayonu,Qarabörk kənd  sakini  Mircəlal  Məcidovun  sözlərinə  görə, onunla  bağlanmış  müqavilədə  aylıq  internet  paketi  kağız  üzərində  30 Mbit/s  göstərilsə də, faktiki olaraq  günün   əksər  saatlarında  bu  sürət  dəfələrlə   aşağı   olur.

 

"Mənimlə  bağlanan  müqavilədə  internetin  sürəti  aylıq   18 AZN  ödəniş   müqabilində  30 Mbit/s  olmalı  olduğu  halda  bu  sürət  verilmir.  Bu səbəbdən də  mən  xidmətdən narazı  olduğum  üçün  müqavilədən imtina  etmək  qərarına  gəldim. Belə  olan  halda  Aztelekom əməkdaşı mənə  bildirdi ki,  onlar  məhkəməyə  müraciət  edəcək.  Onlar  bildirdilər ki, müqavilənin  şərtlərinə  görə  mən  1  il  müdətinə  aylıq  ödənişi  məcburi  şəkildə  ödəməliyəm. Mən də sual verirəm ki, əgər  Aztelekom üzərinə  götürdüyü  sürəti  mənə  vermirsə,mən hansı səbəbə  həmin  ödənişi  onlara  etməliyəm?"

 

Vətəndaşın  sözlərinə  görə,  qeyd  olunan  özbaşnalığa  görə  "Aztelekom" MMC-dən məhkəməyə müraciət  edəcək.

 

Qeyd  olunan  məsələlərlə  bağlı  "Aztelekom" MMC-nin  rəsmi  saytından  müraciət  ünvanlamaq  istəsək də,qurumun  saytının da  işləmədiyinin şahidi  olduq.

 

 

 

 

Ölkəni internetlə  təmin  etməyi  üzərinə  götürən qurumun  öz  saytına nəzarət  edə  bilməməsi vəziyyətin  hansı  səviyyədə olmasından xəbər  verir.

 

Mövzunu davam etdirəcəyik.

 

 

 

Müəllif: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Bakıda bu yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb