Əmr imzalandı:Dərslər məsafədən olacaq
22 Sentyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
745
16.11.2023, 23:12
Son bir həftə ərzində Mingəçevirdə əsasən “Tərəvəzçilik” yaşayış massivi ərazisində yerləşən Bahar küçəsində təsdiqlənmiş hepatit A diaqnozu ilə beş xəstə barəsində Mərkəzi Şəhər Xəstəxanasından Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub.
Oxu24.com xəbər verir ki, Səhiyyə Nazirliyi faktla bağlı açıqlama verib. Bildirilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzində daxil olan bildirişə əsasən araşdırma aparılıb, Kür çayından götürülən su nümunələrində hepatit A virusu aşkar edilməyib.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, fakta əsasən, beş nəfər uşaq hepatit A virusuna yoluxub:
“Bir nəfər 8 nömrəli məktəbin, iki nəfər texniki-humanitar liseyin şagirdi, iki nəfər isə məcburi köçkün məktəbinin şagirdləridir. Onlar 7, 9 və 10-cu sinif şagirdləridir. Uşaqlar Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib”.
Həkim İlqar Həsənovun sözlərinə görə, xəstələrin vəziyyəti hazırda yaxşıdır və valideynlərinin təkidi ilə müalicələri paytaxtda davam etdirilir.
TƏBİB-dən verilən açıqlamada bildirilib ki, son bir həftə ərzində beş nəfər (dördü oğlan, biri qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib:
“Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Müraciət edən şəxslərdən birinin vəziyyəti ağır, dördünün vəziyyəti orta ağır qiymətləndirilib.
Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub”.
12:06 / 27 Sentyabr 2026
1
11:52 / 27 Sentyabr 2026
66
11:44 / 27 Sentyabr 2026
40
11:35 / 27 Sentyabr 2026
265
11:30 / 27 Sentyabr 2026
42
11:28 / 27 Sentyabr 2026
39
11:04 / 27 Sentyabr 2026
399
11:00 / 27 Sentyabr 2026
99
11:00 / 27 Sentyabr 2026
47
10:50 / 27 Sentyabr 2026
144
10:40 / 27 Sentyabr 2026
50
10:37 / 27 Sentyabr 2026
61
10:33 / 27 Sentyabr 2026
113
10:30 / 27 Sentyabr 2026
55
10:16 / 27 Sentyabr 2026
58
10:10 / 27 Sentyabr 2026
66
10:00 / 27 Sentyabr 2026
51
09:50 / 27 Sentyabr 2026
66
09:49 / 27 Sentyabr 2026
55
09:46 / 27 Sentyabr 2026
443
09:31 / 27 Sentyabr 2026
55
09:19 / 27 Sentyabr 2026
72
09:14 / 27 Sentyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.