Bu gün Azərbaycanda qısa iş günüdür
07 Mart 2025, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86REDAKTORUN SEÇİMİ
1020
19.10.2022, 08:53
10-dan çox şəxsi müxtəlif yollarla aldadaraq, onların külli miqdarda pulunu ələ keçirən 1996-cı il təvəllüdlü Məmmədov Ayxan İsmayıl oğlunun məhkəmə prosesi başa çatıb.
Oxu24.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, A.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Ayxanın dələduzluq yolu ilə ələ keçirdiyi ümumi məbləğ isə yarım milyon manata yaxın olub. O, birinə sosial ev almaq, digərinə iş düzəltməyi, başqa birinin xəstəsini müalicə etdirəcəyi adı ilə külli miqdarda pullar mənimsəyib.
Məhkəmədə ifadəsində 2019-cu ilədək “Xəzər TV”də çalışdığını bildirən Ayxan, dələduzluqlarından bir neçəsini də tanınmış aparıcı Xoşqədəm Hidayətqızının adından istifadə etməklə həyata keçirib. Belə ki, Ayxan bir neçə zərərçəkənə özünü X.Hidayətqızının gah mühafizəçisi, gah da köməkçisi kimi təqdim edib.
Ayxan bu əməlini məhz qonşularına qarşı törədib.
Belə ki, Ayxan qonşusu Mirsədizadə Afaqgildə olarkən televiziyada müxtəlif kanallarda işlədiyini, Xoşqədəm Hidayətqızına 6.000 dollar məbləğində pul lazım olduğunu və 10 gün müddətində 1000 dollar artığına qaytaracağını bildirib.
Ev sahibi Ayxanın onun evində çörək kəsdiyini, övladlarından ona fərq qoymadığına görə şübhə etməyib və 6 min dolları verib.
10 gün müddətin tamamında ona zəng edərək pulun çatdırılmasını istədikdə isə, Xoşqədəm Hidayətqızının başının ciddi işlərə qarışdığını, heç nədən narahat olmamağı və yaxın vaxtda da pulunu qaytaracağını bildirib.
Aradan 2-3 ay keçdikdən sonra yenidən ona zəng edib pulun qaytarılmasını istədikdə Ayxan, onun telefonuna “Porshe” markalı avtomobilin fotoşəklini göndərərək guya Xoşqədəm xanıma məxsus olduğunu və həmin avtomobilin satışının ona həvalə olunduğunu, yaxın günlərdə avtomobili satan kimi aldığı pulu qaytaracağını bildirib.
2018-ci ilin noyabr ayında Ayxan onun evinə gələrək Xoşqədəm xanımın avtomobilinin satıldığını və vacib işləri üçün ona 3 gün müddətinə əlavə 5500 ABŞ dollarının lazım olduğunu, qaytararkən öz hesabından 300 ABŞ dolları əlavə edəcəyini, 3 gün ərzində ona aldığı pulları cəm şəklində qaytaracağını əmin edib. Qonşusu pullarının cəm şəklində qaytarılacağına inanaraq, yaşadığı ünvanda Ayxana əlavə olaraq 5500 ABŞ dolları məbləğində pul verib.
İki dəfəyə ondan 11.500 ABŞ dolları məbləğində pul alıb vədlər verməsinə baxmayaraq, Ayxan uzun müddət bu pulların qaytarılmasından yayınmağa başlayıb, hətta pandemiyanı bəhanə edərək işlərinin qaydasında getmədiyini, müəyyən çətinliklərin yarandığını, lakin pulları hökmən qaytarılacağını vəd edib. Ayxanın aldatdığı qadın seyid olub.
Ayxan növbəti dələduzluğunda da Xoşqədəm Hidayətqızının adından istifadə edib. O, zərərçəkən İradə adlı qonşusuna Xoşqədəm Hidayətqızına bir həftəyə 17.000 manat pul lazım olduğunu deyərək ondan həmin məbləğdə pul istəyib.
Həmçinin oxuyun
Qadın isə Ayxanın səmimiyyətinə şübhə etməyərək, evinin təmiri üçün topladığı pulu ona verib. Maraqlıdır ki, Ayxan bir həftəyə həmin məbləği sahibinə geri qaytarıb.
Lakin, 3 gün sonra yenə zərərçəkənin evinə gələrək Xoşqədəm Hidayətqızı ilə birlikdə “Səni axtarıram” verilişi üzrə çəkilişlə bağlı Türkiyəyə getməyə hazırlaşdıqlarını, Xoşqədəm xanıma 10 gün müddətinə gedib-qayıtmağa 10.000 ABŞ dolları pul lazım olduğunu, qayıtdıqdan sonra üstündə əlavə hörmət edəcəyini deyərək qaytardığı 17.000 manat pulun ona verilməsini istəyib.
Qadın Ayxanın dediklərinə inanıb bir neçə gün əvvəl qaytardığı 17.000 manat pulu ərinin şahidliyi ilə sayıb ona verib. Ayxan pulu alıb getdikdən bir neçə gün sonra zəng edərək Xoşqədəm xanımla Türkiyədə olduğunu deyib onların orada qalması üçün 5.000 manat pul lazım olduğunu bildirərək, həmin məbləği qardaşı və ya anasının vasitəsilə ona göndərilməsini xahiş edib.
Həmçinin danışarkən ona bildirib ki, Xoşqədəm xanımla Türkiyədə gəlirli bir iş həll edib verdiyi pulları artıqlaması ilə əldə edib Bakıda pulları qaytaracaq. Ayxan bu üsulla zərərçəkəndən daha 5 min manat alıb.
Qonşuları Ayxandan pulu geri tələb edən zaman isə, o, Xoşqədəm Hidayətqızının adından mesaj yazaraq onları arxayın salıb. Mesajların mətnində pulların qısa müddət ərzində geri qaytarılacağı qeyd olunub. Vədlərə bir müddət səbir edən zərərkənlər, sonda hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Təqsirləndirilən şəxs zərərçəkənlərə qardaşının DTX-da, anasının müəllim, atasının Bələdiyyə sədri işlədiyini bildirib.
Məhkəmə zamanı müəyyənləşib ki, Ayxan Məmmədova məxsus bank kartına iki il müddətinə 485.206 (dörd yüz səksən beş min iki yüz altı) manat məbləğində depozit edilib. O, bu məbləğin 139.013.90 manatını çıxarış edib. (Qafqazinfo)
Bakıda intihar edən həkimin məktubu tapılıb: Görün,nə yazılıb
Hər Gün 1 SOĞAN YEYİN! - Görün Sizə Nə Edəcək...
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib
13:09 / 15 Mart 2025
Prezident onları təltif etdi - Siyahı
71
11:12 / 15 Mart 2025
Qərargah rəisi intihar etdi - Foto
729
11:01 / 15 Mart 2025
Mal-qara otaran 23 yaşlı oğlanın meyiti tapıldı
50
10:49 / 15 Mart 2025
DİN: Ötən gün 43 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
44
10:31 / 15 Mart 2025
“Putinə Ukraynadan gizli zəng gəlib” - Lukaşenko
45
10:22 / 15 Mart 2025
Şəhid xanımı oxuduğu universitetdə işə başladı
37
10:11 / 15 Mart 2025
Nazirə sanksiya tətbiq olundu
50
09:50 / 15 Mart 2025
111 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı
43
09:40 / 15 Mart 2025
Boşanma parti”si nə deməkdir?
43
09:27 / 15 Mart 2025
9-cu sinif buraxılış imtahanlarının vaxtı təyin edildi
46
09:16 / 15 Mart 2025
İdeal imsak və iftar süfrəsi necə olmalıdır?
62
09:00 / 15 Mart 2025
“Putin bu müharibədən çıxa bilməz” - Zelenski
68
21:49 / 14 Mart 2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
112
21:20 / 14 Mart 2025
Tıxaclara qarşı mübarizə: Yeni yollar salınır - VİDEO
119
20:58 / 14 Mart 2025
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
159
20:43 / 14 Mart 2025
Ağ Ev: Putinlə danışan Tramp yox, Uitkoff olub
130
20:22 / 14 Mart 2025
SON DƏQİQƏ! Rusiya Azərbaycanla bağlı açıqlama yaydı
1685
20:11 / 14 Mart 2025
Bu rüsum 100 manat
181
20:06 / 14 Mart 2025
Danimarka Demokratları Qrenlandiya üzərində ABŞ-a qarşı birliyə çağırır
140
19:56 / 14 Mart 2025
Kanada rəsmi olaraq baş naziri dəyişir
157
19:48 / 14 Mart 2025
İŞİD liderlərindən biri öldürülüb
162
19:34 / 14 Mart 2025
DİN vətəndaşlara müraciət edib
168
19:29 / 14 Mart 2025
BMT hakimi qadını köləliyə məcbur etməkdə təqsirli bilinib
166
19:24 / 14 Mart 2025
Putin və Maduro danışıqlara başlayıb
163
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.