Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65297
az

Öldürülən gəlin görün kim imiş - ŞOK DETALLAR

21:3013 Fevral, 2022
1319
  • A

Şəmkir rayonunda törədilən qətlin bəzi təfərrüatları məlum olub.

Oxu24.com-un  məlumatına görə, bu gün səhər saatlarında rayonun Çinarlı qəsəbəsində 34 yaşlı Həsənov Elməddin Elimdar oğlu həyat yoldaşı, 27 yaşlı Həsənova Lalə Elman qızını və övladı, 8 yaşlı Qumru Elməddin qızı Həsənovanı bir neçə bıçaq zərbələri ilə qətlə yetirib.

Hadisə zamanı evdə onlarla birgə yaşayan və digər otaqda olan Elməddinin nənəsi, 1937-ci il təvəllüdlü Həsənova Qumru Həmid qızı da olub.

O, ailənin olduğu otağa keçmək istəyən zaman nəvəsinin əlində bıçaq görüb. Yaşlı qadın əsəbi nəvəsinin bıçaqla ona da xəsarət yetirməyə cəhd edəcəyindən qorxaraq evdən bayıra qaçıb, qonşuları köməyə çağırıb. Hadisəni törətməkdə şübhəli bilinən E.Həsənov daha sonra evdən qaçıb.

Əraziyə polis əməkdaşları cəlb olunub və aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən E. Həsənov saxlanılıb.

Qətlə yetirilən qadın 2 aylıq hamilə olub. Belə ki, cütlüyün ilk övladlarından sonra 8 il övladları olmayıb. Müalicələrdən sonra onların yeni övladları olub və qadın artıq hamiləliyinin 2-ci ayında imiş.

Onların öncələr heç bir ciddi problemlərinin olmadığı, sakit ailə olduğu bildirilir. Lakin E.Həsənov bir müddətdir ki, Gəncə şəhərində yerləşən poliklinikaların birində çalışan həkimin yanına gedib, əsəb xəstəliyindən müalicə alırmış.

Özü kənd ərazisində işçi kimi müxtəlif yerlərdə çalışıb, yoldaşı isə evdar qadın olub. Qızın valideyinləri kənd təsərrüfatı ilə məşğul olur, oğlanın atası isə qəsəbədə taksi sürücüsüdür. Öncələr ümumi ailələr arasında da hər hansısa bir münaqişə yaşanmadığı bildirilir.

Qeyd edək ki, faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis əməkdaşı faciəvi şəkildə vəfat etdi
Milli Hidrometeorologiya Xidmətin yanğınla bağlı xəbərdarlıq edib
Əhaliyə xəbərdarlıq!İyunun 7-si günün ikinci yarısından...

Azərbaycanlı kosmonavt kosmosa bu tarixdə yola düşəcək

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Həbsdə olan xidmət rəisi haqda yeni qərar