Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62217
az

Bakı məktəbində rüsvayçılıq - Oğlan şagird əxlaqsızlıq etdi

10:2707 Dekabr, 2021
590
  • A

Bakının Suraxanı rayonunda orta məktəblərin birində baş verən insident insanların narazılığına səbəb olub.

BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Natiq Muxtarlı məlumat verib. Onun sözlərinə görə, 282 saylı məktəbdə şagird sinifdə şalvarını çıxardır. O həmçinin qız uşaqlarını küçə söyüşləri ilə təhqir edir, müəllimələri söyür, məktəbə bıçaq gətirib hamını hədələyir.

“Bu barədə polisə müraciət olunub. Anası məktəbə hücum çəkir, polisi də söyüb təhqir edib. Amma polis gözünün qarşısında baş verən bu cinayətə reaksiya vermir, tədbir görmür. Böyük ehtimalla, o uşaq kimisə bıçaqlayacaq. Təhsil nazirinin vaxtı olsaydı, sabah o məktəbə baş çəkərdi”, - deyə Natiq Muxtarlı yazıb. 

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə açıqlamasında bildirib ki, bu məsələ hazırda polis nəzarətindədir.

"Paytaxtın Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir. Rayon polisinin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdədir. Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır", - deyə qurum rəsmisi bildirib.

"Mi-17" helikopteri neçəyədir? -  Azərbaycanda iki dəfə qəzaya uğrayan rus helikopteri haqda məlumatlar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kapital Bank gənclərin təhsilinə və inkişafına dəstək verməyə davam edir
İlhamə Quliyevanın oğulluğunun itkin düşdüyü anla bağlı ŞOK SƏS YAZISI
Qaz olmayacaq - DİQQƏT!

“Instagram”da bu  qadağan olunacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
11 kiloqramdan çox narkotik vasitə aşkarlandı