Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62026
az

"Mi-17" helikopteri neçəyədir? -  Azərbaycanda iki dəfə qəzaya uğrayan rus helikopteri haqda məlumatlar

22:3802 Dekabr, 2021
2968
ÖZƏL BÖLÜM
  • A

14 hərbçimizin şəhid olduğu,2 hərbçimizin yaralandığı helikopter qəzası bir sıra məsələləri aktual edib.

Müasir hərb tarixində artıq ikinci Mi-17 helikopter qəzası müəyyən suallar yaradır.

Oxu24.com Rusiya istehsalı olan helikopter  haqqında maraqlı məlumatı təqdim edir:

Mil Mi-17 (NATO kod adı: Hip) — Sovet hərbi-nəqliyyat helikopteri. Hazırda Rusiyanın Kazan və Ulan-Ude şəhərlərində yerləşən iki zavodda istehsalı davam etdirilir. Əsasən hərbi-nəqliyyat helikopteri kimi istifadə olunsa da, silahla da təchiz oluna bilər. Əsas istismarçısı olan Rusiya Hərbi Hava Qüvvələrindən başqa dünyanın təqribən 60 fərqli ölkəsində aktiv istifadə olunur.

Əməliyyatlarda istifadə olunması

Ekstensiv olaraq Şri-Lanka Vətəndaş müharibəsində Şri-Lanka hərbi hava qüvvələri tərəfindən istifadə olunub. Əməliyyatlar zamanı hərbi hava qüvvələrinə məxsus 7 ədəd helikopter düşmən tərəfindən vurulub.

Kolumbiya ordusu tərəfindən Jaque əməliyyatı zamanı istifadə olunub.

Hindistan HHQ tərəfindən 1999-cu ilin may ayı ərzində Pakistana qarşı Kargil döyüşlərində iştirak edib. Quru Qoşunlarına havadan dəstək məqsədilə əməliyyatlara cəlb olunmuş 1 ədəd Mil Mi-17 helikopteri vurulub.

Malayziya tərəfindən axtarış və xilasetmə əməliyyatlarında bir neçə dəfə iştirak edib.

Slovakiya və Xorvatiya hərbi hava qüvvələri tərəfindən Kosovoda KFOR-un tərkib hissəsi kimi istifadə olunub.

2011-ci il Liviya vətəndaş müharibəsində həm Muəmmər Qəddafi tərəfdarları, həm də inqilabçı qüvvələr tərəfindən istifadə olunub.

Əfqan HHQ tərəfidən istifadə olunub. 2010-cu ilin iyun ayında amerikan və əfqanlardan ibarət qarışıq heyətə malik 2 ədəd Mi-17, 13 saat əməliyyatlarda iştirak etmiş, bu vaxt ərzində 2,080 nəfərin daşqın zonasından çıxarılmasında istifadə olunub.

28 oktyabr 2008-ci ildə Tailand HHQ 6 ədəd Mil Mi-17 helikopteri alacağını elan etdi. Tailand ordusunda ABŞ istehsalı helikopterlərin olmasına baxmayaraq, bu ordu inventarında ilk Rusiya istehsalı helikopter olmalı idi. Bu helikopterlərin alınmasında əsas məqsəd isə çox sadə idi, bunu məsul şəxslər mətbuata açıqlanmasında bu cür izah etmişdilər: "Biz 1 ədəd Black Howk (az. Qara Qırğı) helikopterinin qiymətinə 3 ədəd Mi-17 helikopteri ala bilərik. Həmçinin, Black Houk helikopteri 13 nəfər şəxsi heyət daşıya bildiyi halda, Mi-17 helikopterləri bundan 30 nəfər daha çox şəxsi heyət daşıya bilir. Bunlar bu qərarın arxasında duran əsas faktorlar idi."

15 dekabr 2008-ci ildə Hindistan 1.375 milyard dollar müqabilində 80 ədəd bu helikopterdən sifariş vermişdir. Bu helikopterlərin 2011–2014 arasında Hindistan HHQ inventarında olan Mi-8 helikopterlərini əvəz etmişdir. 2010-cu ilin avqustunda daha 59 ədəd helikopter sifariş edilmişdir. İlk Mi-17 Hindistan ordusunda xidmətə 2012-ci ilin fevralında başlamışdır. 2014-cü ilin dekabrında Hindistanla Rusiya arasında Mil Mi-17 və Ka-226 helikopterlərinin Hindistan ərazisində istehsal edilməsi barədə müqavilə imzalanmışdır. Sifariş olunan bütün 151 ədəd helikopterin təhvil verilməsi prosesi 2016-cı ilin fevralında başa çatmışdır.

11 iyun 2009-cu ildə ABŞ 5 ədəd Mi-17 helikopterini terrorizmə qarşı mübarizə məqsədilə Pakistana təhvil vermişdir.

10 iyul 2009-cu ildə Çili HHQ ABŞ-ın təzyiqinə baxmayaraq 5 ədəd helikopterin satın alınması məqsədilə Rusiya ilə danışıqlar aparmışdır. 2013-cü ilin yanvarında bu müqavilə ləğv olunmuşdur.

19 iyun 2010-cu il məlumatlarına əsasən, ABŞ hökuməti Əfqan ordusuna təhvil vermək məqsədilə Rusiyadan 31-dən çox helikopter almışdır.

2010-cu ilin avqustunda Argentina Antarktidakı bazasını təchiz etmək məqsədilə 5 ədəd helikopterin alınması ilə bağlı müqavilə imzalamışdır.

2010-cu ilin sentyabrında Polşa Müdafiə Nazirliyi Əfqanıstandakı əməliyyatlar üçün Rusiyadan 5 ədəd helikopterin alınması ilə bağlı müqavilə imzalamışdır.

Çin 2009 və 2012-ci ildə Rusiya ilə 84 ədəd helikopterin alınması ilə bağlı 2 müqavilə imzalamışdır.

Belarus 2016–2017-ci illərdə Rusiyadan 12 ədəd helikopterin alınması ilə bağlı müqavilə imzalamışdır.

İnsident və qəzalar

12 yanvar 2008-ci ildə Makedoniya HHQ-nə məxsus Mi-17 qəzaya uğrayıb, nəticədə 3 nəfər ekipaj və 8 nəfər sərnişin həlak olub.
31 may 2008-ci ildə Çin ordusuna məxsus, içində 14 nəfər olan Mi-17 qəzaya uğrayıb.
19 noyabr 2010-cu ildə Hindistana məxsus Mi-17 qəzaya uğrayıb nəticədə 12 nəfər heyət üzvündən heç kim sağ qalmayıb.
11 fevral 2013-cü ildə Azərbaycan HHQ-nə məxsus 1 ədəd Mi-17 qəzaya uğrayaraq Xəzər dənizinə düşüb, 3 nəfər heyət üzvü həlak olub.
27 noyabr 2016-cı ildə İrana məxsus Mi-17 Xəzər dənizi üzərində qəzaya uğrayıb 5 nəfər ölüb.
27 mart 2016-cı ildə Əlcəzairə məxsus Mi-17 ölkənin cənubunda qəzaya uğrayıb, 12 nəfər həlak olub və 2 nəfər yaralanıb.
30 noyabr 2021-ci ildə Azərbaycan ordusuna məxsus Mi-17 ölkənin Xızı rayonunda qəzaya uğrayıb, 14 nəfər şəhid olub, 2 nəfər yaralanıb.

Taktiki-texniki xüsusiyyətləri
Ümumi parametrləri
Ekipaj: 3 nəfər (2 pilot və 1 mühəndis)
Tutumu: 24 nəfər və ya 12 xərək, 4,000 kq yük
Uzunluğu: 18.465 m
Rotor diametri: 21.25 m
Hündürlüyü: 4.76 m
Boş çəki: 7,489 kq
Yüklü çəki: 11,100 kq
Maksimal qalxma çəkisi: 13,000 kq
Güc təminatçısı: 2 ədəd Klimov VK-2500PS-03 mühərriki
Uçuş keyfiyyətləri
Maksimum sürət: 280 km/s
Maksimal uçuş məsafəsi: 800 km
Uçuş tavanı: 6,000 m
Yüksəkliyə qalxma sürəti: 8 m/s
Silahlanma
1,500 kq-dan çox silah, raket və ya aviabomba daşıya bilər

Hazırlanma dəyəri 4.900.000.000$
Vahidinin qiyməti 7.000.000$

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər