Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2123
21.10.2021, 11:54
Zaqatala rayonunda məktəbli qız seksual xarakterli zorakılıqla üzləşib.
Oxu24.com News24.az-a istinadən xəbər verir ki, hadisə bu il may ayının 4-də saat 17 radələrində rayonun Axaxdərə kəndində qeydə alınıb. Belə ki, əvvəllər narkotik maddələrin dövriyyəsi və zorlamaya cəhd əməlinə görə məhkum edilmiş kənd sakini, 1977-ci il təvəllüdlü Həsən Abdulov bu dəfə həmkəndlisinin 2008-ci il təvəllüdlü qızı Mədinəni zorlamaq qərarına gəlib.
Məlumata görə, Həsən Car kəndində məscidin yaxınlığında olarkən həmkəndlisinin qızının hazırlıq dərsindən çıxıb yol kənarında dayandığını və öz kəndlərinə gedən avtobusu gözlədiyini görüb. Sərxoş vəziyyətdə olan Həsən yetkinlik yaşına çatmayan məktəbli qızı zorlamaq qərarına gəlib və ona yaxınlaşaraq atasını xəbər alıb. Daha sonra o, Mədinənin arxasıyca məscidin qarşısına yaxınlaşan "Mercedes" markalı mikroavtobusa minib. Seksual manyak avtobus Axaxdərə kəndinə çatanda qızla birlikdə düşüb və onun arxasıyca düşüb. 13 yaşlı qız yolunu dəyişib nənəsigilin həyətinə daxil olmaq istəyərkən Həsən arxadan onu vurub və ağzını tutaraq zorla yaxınlıqdakı meşəlik zolağa aparıb. Burada qızı ölümlə hədələyən və qışqırmaması üçün ağzını tutan şəxs onu üzü üstə yerə uzadaraq zorlayıb.
Məktəbli qız Həsənin ona qarşı etdikləri barədə evə qayıdan kimi nənəsinə və anasına xəbər verib. Seksual manyak dərhal polis tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri – 14 yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə iş açılıb.
Sentyabr ayında Şəki Ağır Cinayətlər Məhkəməsində qapalı keçirilən məhkəmə prosesinin yekununda H.Abdulovun 14 il müddətində azadlıqdan məhrum edilməsinə və cəzasını ciddi rejimli müəssisədə çəkməsinə qərar verilib.
Bakıda xarici vətəndaşlara işləyən şəxslər belə tutuldu: ƏMƏLİYYAT GÖRÜNTÜSÜ
GÜNÜN TƏKLİF OLUNAN VİDEOSU:
12:21 / 10 Noyabr 2026
21
12:18 / 10 Noyabr 2026
39
12:04 / 10 Noyabr 2026
77
12:00 / 10 Noyabr 2026
185
11:45 / 10 Noyabr 2026
1045
11:42 / 10 Noyabr 2026
81
11:39 / 10 Noyabr 2026
86
11:28 / 10 Noyabr 2026
99
11:16 / 10 Noyabr 2026
154
11:04 / 10 Noyabr 2026
98
10:45 / 10 Noyabr 2026
109
10:39 / 10 Noyabr 2026
779
10:32 / 10 Noyabr 2026
102
10:28 / 10 Noyabr 2026
156
10:21 / 10 Noyabr 2026
196
10:17 / 10 Noyabr 2026
124
10:15 / 10 Noyabr 2026
156
10:10 / 10 Noyabr 2026
142
09:50 / 10 Noyabr 2026
1045
09:46 / 10 Noyabr 2026
123
09:35 / 10 Noyabr 2026
145
09:26 / 10 Noyabr 2026
208
09:19 / 10 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.