Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dəhşətli hadisə: Uşaqlar öldü

Azərbaycanda dəhşətli hadisə: Uşaqlar öldü

REDAKTORUN SEÇİMİ

1597

20.10.2021, 10:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qaxda göbələkdən zəhərlənən 9 yaşlı İbrahimxəlil Qasımzadə vəfat edib. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, o, Bakıda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. 


Qax rayonunda zəhərlənmə hadisəsi baş verib.

“Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Tasmalı kəndində qeydə alınıb.

Kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

Məlumata görə, 12 yaşlı M.Qasımlı xəstəxanada dünyasını dəyişib.