Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2771
17.10.2021, 10:12
Cəlilabad rayonunda tanınmış elm xadimi, Əməkdar müəllim Ayaz Həsənov dünyasını dəyişib.
Oxu24.com xəbər verir ki, o, 71 yaşında vəfat edib.
Qeyd edək ki, 1950-ci ildə anadan olmuş Həsənov Ayaz Yolçu oğlu Azərbaycanın Əməkdar müəllimidir. O, Prezident İlham Əliyevin 3 oktyabr 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülüb.
Azərbaycan SSR Maarif Nazirliyinin 13 may 1983-cü il tarixli qərarı ilə Metodist müəllim adına layiq görülən Ayaz Yolçu oğluna 1985-ci ildə "Ali kateqoriyalı” müəllim statusu verilib və həmin ildə də SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin bürünc medalı ilə təltif olunub.
A.Həsənov 40 il – 1973-cü ildən 2013-cü ilədək orta təhsil aldığı Cəlilabad şəhər Nizami adına 1 nömrəli tam orta məktəbdə biologiya fənnini tədris edib. 2013-cü ildən isə Azərbaycan Müəllimlər İnistitutunun (İndiki ADPU) Cəlilabad filialında metodist işləyib və daha sonra "Müasir təlim metodları və dayaq məntəqələri ilə iş "kabinetinin müdiri vəzifəsinə təyin olunub.
A.Həsənov hələ orta məktəbi bitirdikdən sonra təmiz səsə malik olduğu üçün yerli radio verilişləri redaksiyasının diktoru kimi fəaliyyət göstərib və rayonda çıxan "Taxılçı” qəzetinin redaksiyası ilə əməkdaşlıq edib.

13:24 / 10 Noyabr 2026
7
13:20 / 10 Noyabr 2026
33
13:05 / 10 Noyabr 2026
62
13:00 / 10 Noyabr 2026
68
12:37 / 10 Noyabr 2026
152
12:31 / 10 Noyabr 2026
74
12:21 / 10 Noyabr 2026
321
12:18 / 10 Noyabr 2026
91
12:04 / 10 Noyabr 2026
105
12:00 / 10 Noyabr 2026
265
11:45 / 10 Noyabr 2026
1829
11:42 / 10 Noyabr 2026
95
11:39 / 10 Noyabr 2026
113
11:28 / 10 Noyabr 2026
114
11:16 / 10 Noyabr 2026
202
11:04 / 10 Noyabr 2026
116
10:45 / 10 Noyabr 2026
130
10:39 / 10 Noyabr 2026
895
10:32 / 10 Noyabr 2026
114
10:28 / 10 Noyabr 2026
175
10:21 / 10 Noyabr 2026
215
10:17 / 10 Noyabr 2026
131
10:15 / 10 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.