Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1683
16.10.2021, 18:39
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində intihar hadisəsi baş verib. 16 yaşlı Aynur Eyvazova qaldığı evin eyvanından özünü ataraq intihar edib.
Yeniyetmə Aynur Eyvazova gördüyünüz bu binanın 9-cu mərtəbəsindən özünü ataraq intihar edib. Onun həyatını qurtarmaq mümkün olmayıb.
Oxu24.com-a xəbərinə görə 2005-ci il təvəllüdlü Aynur Eyvazovanın ailəsi əslən Yardımlı rayonunun Avaş kəndindəndir. Bir neçə il öncə ailəsi ilə bərabər Aynur da sözügedən evdə kirayə yaşamağa başlayıblar.
123 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Əbülfəz İsmayılov deyir ki, hadisə gecə 23:00 radələrində baş verib: “Şahidlərin dediyinə görə, gecə 23:00 radələrində səs eşidilib. Sonra məlum olub ki, yeniyetmə bir qız intihar edib. Evdə nələr baş verdiyi haqda məlumatımız yoxdur. Ailədə 3 nəfərdilər - anası, özü və qardaşı”.
123 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Salman Hüseynov deyir ki, intihar edən şəxs təcili tibbi yardımla aparılan zaman xırıltılı səslə anasını çağırıb: "Təhsil almırmış. Evdən ara-sıra münaqişə zamanı səs gəlirmiş”
Qonşuları Elnur Kərimov isə Eyvazovlar ailəsinin sakit olduğunu və heç kimlə münaqişələrinin olmadığını deyir: “Ailə normal ailədir. Aynur da yaxşı və sakit qız idi. Çox pis oldu ki, belə oldu. 3 nəfər yaşayırdılar”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də hadisə ilə bağlı məlumat yayıb. Komitə tərəfindən Qaradağ Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası ilə əlaqə saxlanılıb. Komissiyadan Dövlət Komitəsinə verilən məlumata görə, ailə Aynuru 9-cu sinifdə təhsildən yayındırıb. İlkin ehtimala görə intihar ailə münaqişəsi zəminində baş verib.
Hazırda istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, bu yaxınlarda ailə üzvləri 16 yaşlı qızı evləndirmək barədə razılığa gəliblər. Nişanlanan Aynurun qarşıdakı günlərdə toyu olacaqmış. Ancaq bilinməyən səbəblərdən toyun vaxtı dəyişdirilib. (APA)
Həmçinin oxuyun
13:26 / 10 Noyabr 2026
43
13:24 / 10 Noyabr 2026
37
13:20 / 10 Noyabr 2026
55
13:05 / 10 Noyabr 2026
75
13:00 / 10 Noyabr 2026
86
12:37 / 10 Noyabr 2026
173
12:31 / 10 Noyabr 2026
79
12:21 / 10 Noyabr 2026
354
12:18 / 10 Noyabr 2026
93
12:04 / 10 Noyabr 2026
111
12:00 / 10 Noyabr 2026
271
11:45 / 10 Noyabr 2026
1901
11:42 / 10 Noyabr 2026
97
11:39 / 10 Noyabr 2026
118
11:28 / 10 Noyabr 2026
116
11:16 / 10 Noyabr 2026
205
11:04 / 10 Noyabr 2026
118
10:45 / 10 Noyabr 2026
132
10:39 / 10 Noyabr 2026
902
10:32 / 10 Noyabr 2026
115
10:28 / 10 Noyabr 2026
177
10:21 / 10 Noyabr 2026
217
10:17 / 10 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.