Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59378
az

Toy gecəsi yaranacaq qorxunu necə aradan qaldırmaq olar? - Cütlüklər üçün vacib məlumat (18+)

23:5808 Oktyabr, 2021
4325
REDAKTORUN SEÇİMİ
  • A

Azərbaycanda mövcud olan mental adət-ənənəyə görə, toy eləyən oğlanların demək olar ki hamısı toy gecəsinə hazırlıqlı gəlir, yəni toya qədər müəyyən təcrübələri olur, intim həyatları olur, baş verəsi prosesi əvvəldən axıra kimi bilirlər. Qızlarda isə belə deyil. Təcrübə və bilgi olmadığına görə qızlar bir qayda olaraq toy gecəsindən qorxur, stres keçirirlər. Bu səbəbdən toy gecəsi heç də hər cütlük üçün uzun illər sonra yada düşəsi xoş xatirəyə çevrilmir. Bəzi qızlar üçün bir ömür davam edən kabus olur, qorxu və dəhşət kabusu. Bu haqda az sonra danışacağıq.

TOY GECƏSI ADƏT-ƏNƏNƏLƏRI
Uzun illər bir qayda olaraq, toy gecəsi gəncləri təkbaşına qoymurdular. Adətə görə, həm bəy tərəfdən, həm gəlin tərəfdən xüsusi bir adam – orta yaşlı ailəli xanım təyin olunur. Xanımlar adətən bəyin və gəlinin yaxın qohumları olur. Ki gənclər hər hansı problemlə üzləşsələr utanmadan həmin adamdan məsləhət ala bilsinlər. Toy mərasimlərində bu xanımlara xüsusi titul da verirlər – yengə.

Toy gecəsinə hazırlıq toy mərasimindən əvvəl baş verir. Necə ki, hər bir gəlin öncədən Toy paltarlari seçir eləcə də – Bəyi və gəlini toy hamamına aparırlar. Mental qaydalara görə, məhz həmin gəlin hamamında qızın cinsiyyət orqanı ilk dəfə arzuolunmaz tüklərdən təmizlənir. Bu, qızın intim münasibətə ilk hazırlıq prosesidir. Daha sonra qıza toy gecəsilə bağlı məlumat verilir. Yengə toy gecəsi baş verəcək prosesi hər xırdalığına qədər qıza başa salır. Qaydaya görə, eyni maariflənmə işi bəylə də aparılmalıdır. Lakin dediyimiz kimi, oğlanların böyük əksəriyyətinin toy gecəsinə qədər intim həyatları olduğuna görə hər hansı söhbətə ehtiyac qalmır.

Adətə görə, toy gecəsi hər iki yengə səhərə qədər bəylə gəlinin yataq otağının qapısı ağzında olurlar. Cütlüyün intim prosesi başa çatandan sonra yengələri otağa dəvət edirlər, orada hər iki qadın gəlinin bakirə olduğunu sübut eləyən qanlı yataq örtüyünə baxır, qızla danışıb bir problemi olmadığını soruşurlar. Proses problemli keçdikdə isə yengələr bəyə də, gəlinə də praktik tövsiyələr verirlər.

TOY GECƏSI MÜASIR DÖVRDƏ
Xoşbəxtlikdən keçmişin bir çox lazımsız adətləri kimi toy gecəsi adətlərinə də bugün heç də hər yerdə riayət olunmur. Bir çox müasir ailələrdə yengə institutu keçmişin qalığı hesab edildiyinə görə artıq qohumların bu xidmətindən istifadə etmirlər. Belə ailələrdə qızın bakirə olub olmaması da əhəmiyyət daşımır. Toyun ertəsi günü gəlinin anası zəng vuraraq qızının səhhətilə maraqlanır.

Amma bu hala yalnız Bakıda və yalnız çox müasir ailələrdə rast gəlinir. Nisbətən müasir ailələrdə isə köhnə adətlərin bir az yeni formasına riayət edirlər. Yəni qapı pusmaq prosesi həyata keçirilməsə belə hər iki tərəfdən məsul xanımlar təyin olunur. Və toy gecəsi həmin xanımlar mütəmadi olaraq gənclərlə telefon əlaqəsinə girirlər. Hər şey qaydasında olanda zihaf gecəsinin səhəri yengələr təzə ailə quranların evinə gedir, bişmiş, şirniyyat və sair aparır, həm də o qanlı mələfəyə baxır, qızın bakirəliyini təsdiq edib valideynlərə gözaydınlığı verirlər.

TOY GECƏSINƏ NECƏ HAZIRLAŞMALI?
Toy gecəsinə ən vacib hazırlıq emosional hazırlıqdır. Bunun üçün gənclər arasında ilk növbədə sevgi və istək olmalıdır. Sevgi üzərində qurulan izdivaclarda adətən toy gecəsi heç bir problem yaşanmır, əlbəttə, hər hansı bir patologiya yoxdursa. Bu haqda növbəti fəsildə danışacagıq.

Müasir toylarda bəylə-gəlin toyun təşkilati işlərilə bağlı bir çox məsələləri heç kəsə etibar etmir, musiqi, dizayn, dəvətnamə və sair kimi işərlə özləri məşğul olurlar. Bu isə toy ərəfəsində artlq yorğunluq, stres hallarıyla nəticələnir. Mütəxəssislər hesab edirlər ki, bəylə-gəlin toy gecəsi ərəfəsində bu əlavə işlərin qayğısını çəkməməlidirlər. Ümumiyyətlə toya 2 gün qalmış cütlüyün yaxşı dincəlib istirahət etməsi məsləhət görülür. Belə xoş istirahət üçün hotellərin xidmətindən istifadə etmək də olar. Çox vacibdir ki, toyqabağı 2 gündə bəy də gəlin də 8 saatlıq yuxu normativini yerinə yetirmiş olsunlar.

Toy gecəsində istifadə olunacaq çarpayı gərək böyük və rahat olsun. Musiqi və gül-çiçək vasitəsilə otaqda romantik ovqat yaratmaq lazımdır. Necə ki Toy Müğənniləri Şadlıq evinə həyəcan qatır eləcə də Toy gecəsi bəy-gəlinin otağında meyvə, müxtəlif qəlyanaltılar və sular olmalıdır. Toy Mahnilarindan sonra onlara sakit abu-hava yaxşı gələcək. Diqqət etmək lazımdır ki, tərkibində soğan və sarımsaq olan yeməklər olmasın.

TOY GECƏSINDƏ NƏ ETMƏLI
Toy gecəsində qızlıq pərdəsinin açılması vacibdirmi? Qətiyyən vacib deyil. Bu, sevgililərin ər-arvad kimi keçirdiyi ilk gecədir. Həmin gecə pərdə açılmaya da bilər. Məsələn, gəlində aybaşı olarsa, intim münasibət olmaz və pərdə açılmaz. Ümumiyyətlə qızlıq pərdəsi elastikdir və bəzi hallarda deşilməyə də bilir. Belə olanda dərhal qızın namusundan şübhələnmək doğru deyil. Ola da bilər ki, bəy həddən artıq yorğun olduğuna görə, yaxud cinsi zəifliyi olduğuna görə proses lazımi nəticə ilə tamamlanmasın. Belə hallarda səbrli olmaq, ertəsi gün təkrar cəhd elmək, yenə alınmasa – həkimə müraciət eləmək lazımdır.

TOY GECƏSI AĞRILARI
Toy gecəsilə bağlı qızları narahat edən əsas məsələ ağrı məsələsidir. Qızlıq pərdəsi yırtılanda ağrılar necə olur?

Proses vaxtı olan ağrı əslində çox fərdi xarakter daşıyır və qızın bədən quruluşundan, qızlıq pərdəsinin vəziyyətindən, daha çox həm də ər-arvadın psixoloji-emosional vəziyyətindən asılı olur. Yəni cütlük cinsi yaxınlıqdan əvvəl mütləq sevişməlidir. Bu zaman qadının vajinal ifrazatı artır, bu da qızlıq pərdəsinin yırtılmasına kömək edir. Normal hallarda pərdə yırtılarkən dəhəştli ağrı və ya sancı olmur. Bu zaman qadın cinsi orqanın daxilində diş ağrısı kimi adi bir ağrı hiss edir. Bu da cəmi 4-5 dəqiqə davam edir.

Toy gecəsi qorxusu
Bizim adət-ənənələrə görə qızların bakirə olması əsas şərtdir. Hərçənd bugün müasir düşüncəli gənclər artıq belə şərtlərə əhəmiyyət vermirlər. İndi namus anlayışı artıq fiziki anlamdan mənəvi anlama keçməkdədir.

Adətə görə, bakirəlik məhz toy gecəsi pozulmalıdır, bu isə, təbii, müəyyən ağrılarla müşayiət olunacaq. Əksər hallarda qızlar arasında cinsi maariflənmə işi aparılmadığından böyük əksəriyyət bu prosesdən qorxur. Buna səbəb rəfiqələrin şişirdərək söylədiyi əhvalat və hekayələridir.

Bu yalnız bizdəmi belədir? Və ya toy gecəsi hekayələri tarixən harada necə olub?

Toy gecəsi – dünyada
Ən ağlagəlməz toy gecəsi hekayələrini yada salaq. Baxın bu adət dünyanın ən qabaqcıl hissəsi sayılan Avropada orta əsrlərdə mövcud olub. Ailə quran qız ilk toy gecəsini öz əri ilə keçirməzmiş. Qızlıq pərdəsini pozmaq şərəfi bəyə yox, yerli feodala qismət olarmış. Bu, bir növ dövlət başçısına hörmət əlaməti sayılarmış. Feodalın məqsədi isə həm sekslə məşğul olmaq, həm də öz nəslini artırmaq istəyindən ibarət olarmış.

Afrika tayfalarından birində isə toy gecəsi ər arvadının iki qabaq dişini vurub salarmış. Ərli qadını evdə qalan tənha qızlardan fərqləndirən əsas cəhət də bu imiş. Qara qitədəki başqa bir tayfada isə toy edənlər hər gecə bir-birini döyürmüşlər. Əməlli başlı şillə-təpik davası. Düz bir həftə sərasər. İnanca görə, toyun ilk həftəsində sevgililər bütün kin-küdurətdən qurtulmalıymışlar ki, bir ömür xoşbəxt, şad-xürrəm yaşasınlar.

Şotlandiyada da maraqlı adət olub. Qonaqlar səs-küy salaraq imkan verməzlərmiş ki, cütlük sekslə məşğul olsun. Bacardıqca gənclərin başını qatarmışlar.

Makedoniyada da maraqlı adət varmış. Təzəbəylə gəlini evin zirzəmisinə salıb qapını bağlayırmışlar. Zirzəmiyə də bir papaq və uzunboğaz çəkmə qoyurmuşlar. Təzə evlənənlər ilk toy gecəsini səhərə qədər yatmadan həmin iki əçya üstündə qırğına çıxırmışlar. Səhər zirzəminin qapısını açanlar o iki əşyanın kimin əlinə keçdiyinə xüsusi diqqət edərmişlər. Qalib adam – ailədə də birinci olar, hər işdə onun mövqeyi əsas hesab edilərmiş.

BAKIRƏLIK
Bizim qızlar bakirəliyin pozulmasından əməlli-başlı qorxurlar. Və bu qorxu bəzən ciddi patologiyalara, yəni vaginizmə gətirib çıxarır. Vaginizmə mübtəla olanlar arasında uşaqlıqda və yeniyetmə dövründə psixoloji travma almış qızlar daha çoxdur.

Vaginizm nədir?
Vaginizmi yaradan səbəblər içərisində ən geniş yayılanlardan biri cinsi həyat haqqında biliklərin, məlumatların yanlış və ya az, yetərsiz olmasıdır. Bəzən ailə həyatı qurmuş qonşu qızlarla, rəfiqələrlə və ya tanışlarla birlikdə ilk gecə müzakirə olunanda təhrif olunmuş, şişirdilmiş məlumatlar qızın yaddaşında qorxulu, dəhşətli nağıllar kimi həkk olunur. Məsələn, kişi cinsiyyət üzvünün qadının vaginasına daxil olmayacaq qədər böyuk olması düşüncəsi qızlarda ilk cinsi münasibətə qarşı əməlli başlı qorxu yaradır.

İlk cinsi münasibət zamanı kişi tərəfindən göstərilmiş kobud və sərt münasibət vaginizmin yaranma səbəblərindən biridir. Bu zaman qızlar xəyal qırıqlığına uğrayırlar.

Vaginizmin səbəblərindən biri də dispareuniyadır. Dispareuniya- cinsi münasibət zamanı və ya ondan sonra agrıların olması ilə xarakterizə olunur. Statistikaya görə 9-21 % qadınlarda cinsi münasibət periodik və ya daimi olaraq ağrılı keçir.

Ailə həyatında tərəflər arasında anlaşılmazlıq, çox saylı mübahisələr , münaqişələr və digər şəxsi münasibətlərdəki problemlər ucbatından da cinsi münasibət zamanı ağrılar yarana bilər.

VAGINIZM ƏN ÇOX KIMLƏRDƏ OLUR?
Vaginizm əslində hər bir cəmiyyətdə rast gəlinən bir xəstəlikdir, lakin araşdırmalar göstərir ki, vaginizm tərbiyə üsulundan asılı olaraq şərq ölkələrində daha geniş yayılmaqdadır.. Vaginizm müxtəlif sosial təbəqələrə mənsub olan insanların ortaq problemidir. Bizim cəmiyyətdə belə problemlə üzləşən cütlüklər bu barədə danışmağa utanırlar deyə əksər hallarda nə problem həll olunur, nə ailə münasibətləri tənzimlənir. Halbuki vaginizm – müalicəsi mümkün olan bir psixoloji bəladır, bu bəladan qurtulmaq üşün normal şəkildə müalicə almaq lazımdır.

Bakıda vaginizm üzrə yaxşı mütəxəssislər var. Respondentlər arasında keçirilən mini sorğunun nəticələrinə görə, doktor Təranə Həsənovanın keçdiyi müalicə kurslarından sonra ailə normal həyat tərzinə qayıda bilir. Uzun illər vaginizmdən əziyyət çəkən cütlüklər bu müalicənin təsirilə nəinki problemdən xilas olur, hətta dünyaya övlad da gətirirlər.

BAKIRƏLIYIN BƏRPASI
Toy gecəsi bakirə olan qızlar gərək özlərini qorxutmasınlar, əksinə, cinsi yaxınlıq aktına psixoloji cəhətdən hazır olsunlar. Bakirə olmayan qızlar üçünsə, təbii ki, bu gecənin heç bir qorxusu ola bilməz – əgər bizim mental qadağalar olmasa. Ta qədimlərdə oğlanın bakirə olmayan qızla ailə qurması doğru hesab edilməzdi. İndinin özündə də böyük əksəriyyət məhz belə düşünür. Bu səbəbdən də bakirə olmayan qızlar bəzən gələcək ərlərini və ya ər qohumlarını aldatmaq üçün toydan qabaq həkimə müraciət edərək bakirəliklərini bərpa etdirirlər. Himenoplastika adlanan bu prosedur sadə bir cərrahi əməliyyatdır. Yerli anesteziya ilə keçirilən əməliyyatın da 2 növü var. Birinci bir neçə dəqiqə çəkir.

1. Qızlıq pərdəsinin tikilməsi. Bakirəliyin bərpası təcili lazım olduğu halda qızlıq pərdəsini xüsusi tikiş sapları ilə adi qaydada tikirlər. Həmin saplar qızlıq pərdəsinin ayrı-ayrı hissələrini bir-birinə calayır. Bu prosedurun təsiri 2 həftə davam edə bilər. 2 həftə ərzində toy olmasa sonra saplar sovrulub gedir, əməliyyatın heç bir nəticəsi qalmır. Belə qızları hər hansı ginekoloq müayinə eləsə dərhal qızın əmliyyat etdirdiyini biləcək.

2. Üçqat himenoplastika.
Bu, daha ağır əməliyyatdır. Qadın cinsi əlaqədə olmazsa bu bakiəlik 2-3 il davam edə bilər.

Bu əməliyyat 2 saata yaxın davam etdiyi üçün daha bahalıdır. Əməliyyatdan sonra bir həftə bərpa prosesi gedir. Əməliyyatdan cəmi 2-3 həftə keçəndən sonra qıza baxış keçirən heç bir ginekoloq bakirəliyin bərpa olunduğunu göstərən dəlil-sübut tapa bilməz.

Bir məqamı da deyək ki, hər iki əməliyyatdan sonra baş tutan cinsi əlaqə zamanı ər elə biləcək ki, qız həqiqətən bakirə imiş. Hər iki halda cinsi əlaqə ilk toy gecəsində olduğu kimi ağrı və qanla müşayiət olunacaq.

TOY GECƏSI NƏ ELƏMƏK OLMAZ?

Ümumiyyətlə seks, xüsusən də toy gecəsi seksi elə bir hadisədir ki, burada “olar-olmaz” çərçivəsi aradan götürülür. Bizim mental təsəvvürlərə görə, ər-arvad arasındakı intim münasibət digər intim münasibətlərdən guya fərqli olmalı, burada müəyyən ədəb-ərkan qaydaları gözlənilməlidir. Kökündən yanlış fikirdir. Toy gecəsində “nə eləmək olmaz” yaxud “nəyi necə eləmək lazımdır” kimi söhbətlər aktual olmasın gərək. Gənclər ilk gecədə hər şeyi hisslərin və duyğuların ixtiyarına buraxsalar heç bir problem olmaz. Lazım olan yeganə şey – toy gecəsi xofundan uzaq olmaq, toyda hər hansı inciklik və ya mübahisə olubsa – bu konflikti unutmaqdır. Geri qalan proses spontan baş verəcək.

Kamasutra
Ailə quran insanlarda həm də intim həyat haqqında yetərincə təsəvvür olmalıdır. Bunun üçün maarifləndirici normal məlumat kitabçaları var. İntim həyat barədə ən populyar mənbə 2300 il əvvəl yazılan “Kamasutra” əsəridir. Eradan əvvəl 3-4-cü yüzilliklərdə Hindistanda yazılan bu əsərdə 64 seksual poza təsvir olunub. “Kamasutra”dakı pozaları təkrarlamaq kimi məcburiyyət olmasa belə hər halda hər bir normal insanın bu kitab barədə təsəvvürü olmalıdır.

TOY GECƏSI ROMANTIKASI
Toy gecəsi həm də bəylə gəlinin intim həyatının təməli qoyulur. O gecəni elə keçirmək lazımdır ki, ömür boyu xoş hisslərlə xatırlamaq mümkün olsun.

Avropa ölkələrindən bizə gələn adətlərdən biri cütlüyün bal ayına getməsidir. Bir qayda olaraq bal ayına yola düşən sevgililər ilk gecələrini də səyahət vaxtı yaşayırlar. İntim həyatı gözəl bir oteldə keçirməyin nəyi pisdir ki? Xaricə səyahət etmək lüksü olmayanlar ilk gecəni elə öz yaşadıqları şəhərdəki hoteldə də keçirirlər.

İstənilən halda ilk gecəniz gül-çiçəklə bəzənən bir otaqda, gözəl musiqinin müşayiətilə keçməlidir ki, illər sonra xoş xatirə kimi yadınızda qalsın.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİQQƏT! Bu ərazilər üzrə əhaliyə xəbərdarlıq edildi
37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib
At oğruları tutuldu

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı