Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1514
08.10.2021, 18:52
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
Oxu24.com -un məlumatına görə, daxil olmuş əməliyyat məlumatları əsasında şəhərin müxtəlif ərazilərində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Turac Məmmədova və daha 9 nəfər saxlanılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 20 ilə yaxın həbs həyatı yaşamış T. Məmmədova Sumqayıt şəhəri “Ceyranbatan bağları” yaşayış massivində saxlanılan zamanı üzərində narkotik vasitə olan heroin aşkarlanıb.
58 yaşlı T. Məmmədovanın yaşadığı evə keçirilən baxış zamanı oradan külli miqdarda müxtəlif tərkibli narkotik maddələr aşkar edilərək götürülüb. T. Məmmədova saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinə gətirilərək istintaqa cəlb edilib. T. Məmmədovanın qızı və oğlu da hazırda məhkumluq həyatı yaşayırlar. Onun həyat yoldaşı isə illər öncə külli miqdarda narkotik vasitə ilə saxlanılaraq məhkum olunub və həbsdə vəfat edib.
Digər bir əməliyyat tədbiri nəticəsində isə Hacıqabul rayonu Atbulaq kənd sakini olan və hazırda Abşeron rayonu Xırdalan şəhərində yaşayan 32 yaşlı Nuriyyə Əhmədova saxlanılıb. N. Əhmədova Sumqayıt şəhər 3-cü mikrorayon ərazisində narkotik vasitə satmaq istəyərkən tutulub. O, saxlanılan zaman üzərindən 19 qram heroin və 3 qram “patı” adlandırılan metamfetamin aşkar edilib. Narkotik maddələr maddi sübut kimi götürülüb və N. Əhmədova isə istintaqa cəlb olunub, ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Sumqayıt polisinin həyata keçirdiyi digər əməliyyatlar nəticəsində isə şəhər sakinləri əvvəllər məhkum olunmuşlar Ramiz Aslanov və Emin Allahverdiyev, eləcə də Elvin Kərimli, Feyruz Əhmədov, Gülağa Quliyev, Nəcməddin Abbasov, Rövşən Məmmədov və Altun Xəlilov saxlanılıb. Saxlanılan şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif miqdarda narkotik maddə olan heroin və metamfetamin aşkar edilərək götürülüb.
Saxlanılanlardan Altun Xəlilov şəhər ərazisindən müxtəlif ərazilərdən oğurluq etdiyinə görə, Sumqayıt şəhər Polis İdarəsində 5 cinayət faktı üzrə istintaq altındadır. Barəsində təhqiqat işi aparılmasına baxmayaraq yenə də oğurluğa əl atıb. Sonuncu dəfə şəhərin 42-ci məhəlləsində evlərdən birindən kombi aparatanı da oğurlamaqda da şübhəli bilinir.
Faktlarla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar.
Əldə edilən narkotik vasitələrin mənbələrinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.




16:12 / 10 Noyabr 2026
1
15:58 / 10 Noyabr 2026
52
15:44 / 10 Noyabr 2026
129
15:34 / 10 Noyabr 2026
135
15:31 / 10 Noyabr 2026
61
15:25 / 10 Noyabr 2026
91
15:22 / 10 Noyabr 2026
83
14:58 / 10 Noyabr 2026
1747
14:55 / 10 Noyabr 2026
152
14:48 / 10 Noyabr 2026
274
14:23 / 10 Noyabr 2026
374
14:20 / 10 Noyabr 2026
769
14:09 / 10 Noyabr 2026
193
14:00 / 10 Noyabr 2026
829
13:44 / 10 Noyabr 2026
128
13:38 / 10 Noyabr 2026
374
13:26 / 10 Noyabr 2026
1621
13:24 / 10 Noyabr 2026
144
13:20 / 10 Noyabr 2026
341
13:05 / 10 Noyabr 2026
175
13:00 / 10 Noyabr 2026
139
12:37 / 10 Noyabr 2026
579
12:31 / 10 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.