Qaynar xətt:

(+99450) 247 90 86

Arutunyana sui-qəsd olub - Xankəndidə güllələndi - ŞOK

Arutunyana sui-qəsd olub - Xankəndidə güllələndi - ŞOK

REDAKTORUN SEÇİMİ

2474

07.10.2021, 18:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qondarma rejimin rəhbəri Araik Arutunyana sui-qəsd olub.

Kanal.az xəbər verir ki, bu barədə voskanapat.info saytının əməkdaşı Karen Andriyan yazıb. Erməni jurnalistin iddialarına görə, Arutunyana qarşı bu gün səhər saat 11 radələrində Xankəndidə sui-qəsd olub.

Məlumatda qeyd olunur ki, Arutunyan avtomobilindən düşərkən ona silahlı hücum olub. Nəticə Araik yaralanıb. Xəbərdə bildirilir ki, sui-qəsdi həyata keçirənlər isə “Qayıdan qəhrəmanlar” adlı təşkilatın üzvləridir.

Hələlik Arutunyanın vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur. "Hücum edən şəxsin zərərsizləşdirildiyini şəhər sakinləri təsdiq edir" deyə Karen Andriyan bildirib.