Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
987
07.10.2021, 12:13
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinə yeni üzv təyin olunub.
Oxu24.com xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Murad Əhmədov Agentliyin İdarə Heyətinin üzvü təyin edilib.
Qeyd edək ki, Murad Əhmədov 1999-2001-ci illərdə Xəzər universitetində təhsil alıb. 2001 - 2002-ci illərdə “Amrahbank” ASC-də, 2002 - 2005-cü illərdə Mərkəzi Bankda, 2005 - 2006-ci illərdə “KPMG Azerbaijan Limited”, 2006-2012-ci illərdə "Ernst & Young"-da auditor, 2012-2015-ci illərdə “Pasha Holding”də, 2018-2020-ci illərdə “LU-MUN Holding”də, 2020-2021-ci illərdə “Azerbaijan Poultry Company” MMC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Hal-hazırda isə “Azmade Group” MMC-də İdarə Heyətinin üzvü vəzifəsində çalışır.
Xatırladaq ki, Agentliyin Nizamnaməsinə əsasən, Agentlik öz fəaliyyətində və idarəetmə prosesində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
TKTA-nın işinin təşkili, funksional idarəçiliyin həyata keçirilməsi, Agentliyin səmərəli idarə olunması, şəffaf və çevik təşkilati strukturun qurulması,İdarə Heyətinin üzvləri arasında işəgötürənlərin bir nəfər ictimai əsaslarla fəaliyyət göstərəcək nümayəndəsinin olmasının və İdarə Heyəti səlahiyyətlərinin effektiv və funksional həyata keçirilməsinin təmin edilməsi olduqca vacib hesab olunur.
Murad Əhmədovun təyinatı ilə Agentliyin İdarə Heyəti üzvlərinin sayı tam şəkildə formalaşdırılıb.

16:55 / 10 Noyabr 2026
1
16:47 / 10 Noyabr 2026
33
16:41 / 10 Noyabr 2026
49
16:35 / 10 Noyabr 2026
66
16:21 / 10 Noyabr 2026
90
16:12 / 10 Noyabr 2026
142
15:58 / 10 Noyabr 2026
87
15:44 / 10 Noyabr 2026
177
15:34 / 10 Noyabr 2026
272
15:31 / 10 Noyabr 2026
84
15:25 / 10 Noyabr 2026
124
15:22 / 10 Noyabr 2026
102
14:58 / 10 Noyabr 2026
2413
14:55 / 10 Noyabr 2026
435
14:48 / 10 Noyabr 2026
405
14:23 / 10 Noyabr 2026
510
14:20 / 10 Noyabr 2026
890
14:09 / 10 Noyabr 2026
222
14:00 / 10 Noyabr 2026
897
13:44 / 10 Noyabr 2026
138
13:38 / 10 Noyabr 2026
393
13:26 / 10 Noyabr 2026
1779
13:24 / 10 Noyabr 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.