Qaynar xətt:

(+99450) 247 90 86

Bərdədə ağır qəza: Yaralılar var

Bərdədə ağır qəza: Yaralılar var

REDAKTORUN SEÇİMİ

603

04.10.2021, 19:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bərdə rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Borsunlu-Hindarx yolunun Bərdə rayon Şahvəlilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 10 KT 731 dövlət nömrə nişanlı, “Volqa QAZ-3110” markalı minik maşını idarəetməni itirərək yol kənarına aşıb.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Hələ ki, onların kimliyi məlum deyil.

Hər iki yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.