Qaynar xətt:

(+99450) 247 90 86

DİN məlumat yaydı: Ölən var

DİN məlumat yaydı: Ölən var

REDAKTORUN SEÇİMİ

1280

04.10.2021, 15:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncı şəhərində yol qəzası olub.

Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Kəpəz Rayon Polis İdarəsinə oktyabrın 1-də saat 21 radələrində Gəncə şəhəri Ə.Rəfibəyli küçəsindən 65-70 yaşlı kişinin kəllə-beyin travması ilə koma halında xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Onun Gəncə şəhər sakini Mikayıl Hacıyev olması və Göygöl rayon sakini Y.Yusubovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə vurulması müəyyən edilib.

Araşdırma aparılır.