Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58935
az

Müdafiə Nazirliyi açıqlama yaydı

22:1625 Sentyabr, 2021
1448
  • A

Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılan nazirliyin baş idarə və idarə rəisləri, həmçinin Azərbaycan Ordusunun Baş Qərargahının məsul vəzifəli zabitlərindən ibarət komissiyanın sentyabrın 24-də toplantısı keçirilib.

Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Toplantıda Azərbaycan Ordusunun hərbi hissələrinin komplektləşdirilməsi məqsədilə hərbi xidmətə yeni gələn çağırışçıların bölgüsü məsələsi müzakirə edilib.

Ali Baş Komandanın müvafiq sərəncamına əsasən “2021-ci ilin oktyabr ayında hərbi hissələrə gənc heyətin göndərilməsi planına” uyğun olaraq çağırışçıların bölgüsü elektron qaydada xüsusi kompüter proqramı vasitəsilə həyata keçirilib.

Çağırışçıların hərbi hissələr üzrə bölüşdürülməsi əks-ərazi prinsipi nəzərə alınmaqla tam şəffaf şəkildə icra edilib.

Qeyd edək ki, komissiyanın işinə Dövlət Təhlükəsizliyi Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri də cəlb olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda dəhşət! Toyun ortasında oğlanı öldürdülər
Xankəndiyə avtobuslar axtarılır - MÜSABİQƏ
Ankarada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub

Süni intellekt ölümlərin qarşısını alacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Mehriban Xanlarovaya hücum oldu - Avtomobilinin qarşısını kəsdilər +VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
“Nadzor” işlədiyi təcridxanaya dustaq kimi getdi