Sabirabadda bıçaqlanma hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Kürkəndi kəndində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilalə Əlifağa qızı çoxsaylı bıçaq xəsarətləri alıblar.
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. İ.Zərbəliyev əməliyyat edilib. Əməliyyatdan sonra vəziyyəti ağır olan yaralı Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Hadisəni törətməkdə rayonun Məmişər kənd sakini, G.Zərbəliyevanın həyat yoldaşı, 1987-ci il təvəllüdlü Ramil Tarverdiyev şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR