Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Azərbaycanda meşə yanğını başladı

SON DƏQİQƏ! Azərbaycanda meşə yanğını başladı

REDAKTORUN SEÇİMİ

2328

21.08.2021, 18:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyi Lerikdə baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

Oxu24.com-un xəbərinə görə. məlumatda deyilir:

"Nazirliyin "112" qaynar telefon xəttinə Lerik rayonu, Haftonu kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən dağlıq ərazidə 1 ha sahədə quru ot, kol-kos və ağac kötükləri yanır.

Əlavə məlumat veriləcək".