Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda tükürpədici hadisə: Bir evdən 3 meyit çıxdı

Azərbaycanda tükürpədici hadisə: Bir evdən 3 meyit çıxdı

REDAKTORUN SEÇİMİ

2298

21.08.2021, 08:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sabirabadda güllələnmə hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Əsgərbəyli kəndində qeydə alınıb. Saatlı rayon sakini, 1963-cü il təvəllüdlü Məhərrəmov Nizam Qaraoğlan oğlu ov tüfəngi ilə həyat yoldaşı, Əsgərbəyli kənd sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Ruhiyyə Əmirxan qızını və qayınatası, 1938-ci il təvəllüdlü Əflatunov Əmirxan Əlibala oğlunu, sonra isə özünü öldürüb.
İlkin məlumata görə, N.Məhərrəmovla həyat yoldaşı arasında söz-söhbət yaranıb və R.Məhərrəmova atasının evinə gedib. N.Məhərrəmov həyat yoldaşını evə qaytarmaq üçün qayınatasıgilə gedib və ağır cinayəti törədib. Faktla bağlı araşdırma aparılır.