Qaynar xətt:

(+99450) 247 90 86

FHN dəhşətli yanğınla bağlı açıqlama yaydı

FHN dəhşətli yanğınla bağlı açıqlama yaydı

REDAKTORUN SEÇİMİ

2012

20.08.2021, 14:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş tədbirlər sayəsində bu gün günorta saatlarında söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, yanğın nəticəsində ilkin hesablamalara əsasən, təqribən, 35 hektar ərazidə quru ot və kol-kos yanıb. Qeyd edək ki, yanğınla mübarizə tədbirlərinə, ümumilikdə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edib.
Hazırda bəzi yerlərdə soyutma tədbirləri görülür.