Qaynar xətt:

(+99450) 247 90 86

Dəhşətli anlar: Maşın çaya düşdü - HADİSƏ YERİNDƏN FOTOLAR

Dəhşətli anlar: Maşın çaya düşdü - HADİSƏ YERİNDƏN FOTOLAR

REDAKTORUN SEÇİMİ

1299

25.04.2021, 09:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəki şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhər ərazisində qeydə alınıb.

Şəki sakini, 1982-ci il təvəllüdlü Əfqan Nəsirov idarə etdiyi “VAZ-2106” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil Qurucana çayına düşüb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Şəki bölməsinin xilasediciləri və təcili yardım briqadası cəlb edilib.

Sürücü xilasedicilər tərəfindən avtomobildən çıxarılıb və Şəki rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.