Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1886
24.04.2021, 11:31
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Oxu24.com-a verilən məlumata görə, aprel ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Aşağı Yağlıvənd kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan İran İslam Respublikasına keçməyə cəhd edərkən 1 nəfər Azərbaycan vətəndaşı 1981-ci il təvəllüdlü Abdurəhmanov Azər Fərrux oğlu sərhəd pozucusu qismində saxlanılıb.
Araşdırma zamanı A.Abdurəhmanovun əvvəllər dəfələrlə məhkum edildiyi, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana narkotik vasitələr gətirmək məqsədilə ilə dövlət sərhədini keçmək niyyətində olduğu müəyyənləşdirilib.
Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan ərazisinə hərəkət edən 2 naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki bağlamanı ataraq, havanın qaranlıq, ərazinin isə meşəlik olmasından istifadə edərək geriyə qaçıblar.
Ərazi dərhal qapadılaraq, keçirilmiş axtarış tədbirləri nəticəsində 1 ədəd çantanın içərisində ümumi çəkisi 8 kiloqram 555 qram narkotik vasitəyə (7550 qram “tiryək”, 1005 qram “heroin” və 5000 ədəd “metodon-40” həbi) oxşar maddə aşkar olunaraq götürülüb.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

16:25 / 12 Noyabr 2026
50
16:21 / 12 Noyabr 2026
60
15:55 / 12 Noyabr 2026
72
15:36 / 12 Noyabr 2026
312
15:15 / 12 Noyabr 2026
94
15:12 / 12 Noyabr 2026
77
14:15 / 12 Noyabr 2026
132
14:04 / 12 Noyabr 2026
359
13:59 / 12 Noyabr 2026
311
13:55 / 12 Noyabr 2026
116
13:45 / 12 Noyabr 2026
211
13:36 / 12 Noyabr 2026
285
13:29 / 12 Noyabr 2026
135
13:21 / 12 Noyabr 2026
153
13:20 / 12 Noyabr 2026
175
13:18 / 12 Noyabr 2026
539
13:16 / 12 Noyabr 2026
178
13:07 / 12 Noyabr 2026
471
13:04 / 12 Noyabr 2026
117
13:00 / 12 Noyabr 2026
132
12:40 / 12 Noyabr 2026
135
12:25 / 12 Noyabr 2026
160
12:05 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.