Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2408
22.04.2021, 20:38
Ötən gün sosial şəbəkələrdə hakim Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik videogörüntüsü yayılıb.
Qeyd edək ki, Hüseynbala Mirələmov bu günə kimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri vəzifəsini tuturdu. Həmin görüntülərin də ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı Hüseynbala Mirələmovun kabinetində çəkildiyi bildirilir.
Hadisə sosial şəbəkələlərdə geniş müzakirəyə səbəb olub.
Bəs bu video internetə necə düşüb, onu yayan təşkilatçılar kimlərdi?
Milli.Az xəbər verir ki, olayla bağlı Modern.az-a danışan "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib ki, hüquq-mühafizə orqanları bu məsələyə kəskin münasibət bildirməlidir:
"Mən düşünürəm ki, şantaj kimi hadisələrin davamlı olması cəmiyyətdə çox pis bir ovqat yaradır. Şantaj adiləşir, insanların içində qəzəb, kin duyğuları qabarır. Bu kimi hadisələr insanları qarşı-qarşıya qoyur.
Bilirəm ki, Hüseynbala Mirələmovla bağlı yayılan videonun izinə düşmək asan olacaq. Videodan başa düşülür ki, hansısa bir konfrans öncəsidir və bu görüntülər yalnız həmin konfransın texniki işlərinə baxanda ola bilər. Videogörüntüləri yaymaqda hansı məqsəd olduğunu bilmək üçün jurnalist araşdırması lazımdır. Çünki videoya baxan insanların düşüncəsində "görəsən, bu video şantaj məqsədi ilə Hüseynbala müəllimə çatdırılıbmı, maddi maraq güdülürmü" kimi suallar yaranır.
Bu məsələyə mütləq hüquq-mühafizə orqanları müdaxilə etməlidir.
Videogörüntünü yayan şəxs tapılaraq, Cinayət Məcəlləsinin qanunlarına əsasən cinayət məsuliyyətinə cəlb edilməlidir".
Baş redaktor bildirib ki, o bu tip videoların yayılmasını qəti şəkildə pisləyir:
"Hesab edirəm ki, hüquq-mühafizə orqanları kəskin münasibət bildirib, belə məsələlərin sosial şəbəkələrdə yayılmasını sonlandıracaqlar".
Milli.Az
17:19 / 12 Noyabr 2026
1
16:25 / 12 Noyabr 2026
69
16:21 / 12 Noyabr 2026
91
15:55 / 12 Noyabr 2026
85
15:36 / 12 Noyabr 2026
386
15:15 / 12 Noyabr 2026
136
15:12 / 12 Noyabr 2026
85
14:15 / 12 Noyabr 2026
147
14:04 / 12 Noyabr 2026
405
13:59 / 12 Noyabr 2026
334
13:55 / 12 Noyabr 2026
121
13:45 / 12 Noyabr 2026
234
13:36 / 12 Noyabr 2026
313
13:29 / 12 Noyabr 2026
143
13:21 / 12 Noyabr 2026
160
13:20 / 12 Noyabr 2026
183
13:18 / 12 Noyabr 2026
569
13:16 / 12 Noyabr 2026
183
13:07 / 12 Noyabr 2026
490
13:04 / 12 Noyabr 2026
122
13:00 / 12 Noyabr 2026
134
12:40 / 12 Noyabr 2026
135
12:25 / 12 Noyabr 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.