Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1533
19.04.2021, 09:28
Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şəki şəhər sakini Pərviz Salamov, Mingəçevir şəhər sakini Feruz Paşayev və Göyçay rayon sakini Emil Eyubov saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Oxu24.com-a verilən məlumata görə, üzərlərinə şəxsi axtarış keçirilən zaman Pərviz Salamovun üzərindən çəkisi 17.481 qram narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Feruz Paşayevin idarə etdiyi “KİO-RİO” markalı avtomobilə baxış keçirilən zaman oradan 1 kq 85 qram narkotik vasitə olan “heroin” və 5 kq 600 qram çəkidə nakotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.
İlkin dindirilmə zamanı P.Salamov narkotik vasitəni, hələlik kimliyi istintaqa məlum olmayan İran vətəndaşından sifariş etdiyi və Gəncə şəhər ərazisindən götürdüyünü bildirib.
Şöbə əməkdaşlarının keçirdikləri daha bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə hesab olunan “tiryək” qanunsuz dövriyyədən çıxarılıb. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, müştəri qismində “Opel” markalı taksiyə əyləşərək Bakı şəhər istiqamətində hərəkətdə olan, Abşeron rayon sakini Rais İbrahimov Hacıqabul rayonu ərazisində saxlanılıb. Onun əlindəki sellofan torbaya baxış keçirilən zaman 5 ədəd politelen bükümlərdə ümumi çəkisi 4 kq 175 qram narkotik vasitə olan “tiryək” aşkar edilərək götürülüb.
Hər iki fakt üzrə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

18:42 / 12 Noyabr 2026
109
18:40 / 12 Noyabr 2026
33
18:32 / 12 Noyabr 2026
166
18:28 / 12 Noyabr 2026
49
18:26 / 12 Noyabr 2026
72
18:16 / 12 Noyabr 2026
85
18:15 / 12 Noyabr 2026
75
18:07 / 12 Noyabr 2026
77
17:53 / 12 Noyabr 2026
78
17:19 / 12 Noyabr 2026
94
16:25 / 12 Noyabr 2026
101
16:21 / 12 Noyabr 2026
117
15:55 / 12 Noyabr 2026
115
15:36 / 12 Noyabr 2026
527
15:15 / 12 Noyabr 2026
191
15:12 / 12 Noyabr 2026
115
14:15 / 12 Noyabr 2026
190
14:04 / 12 Noyabr 2026
519
13:59 / 12 Noyabr 2026
406
13:55 / 12 Noyabr 2026
132
13:45 / 12 Noyabr 2026
258
13:36 / 12 Noyabr 2026
376
13:29 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.