Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50378
az

Bu maşınlar kəskin ucuzlaşacaq - Bakıda yeni dövr

10:1411 Mart, 2021
1946
REDAKTORUN SEÇİMİ
  • A

Hazırda gömrük rüsumlarının çox olması səbəbindən Azərbaycana hibrid avtomobillərin təzəsi deyil, işlənmişi gətirilir.

Oxu24.com xəbər verir ki, bu sözləri Axar.az-a hökumətin elektromobil və hibrid avtomobillərlə bağlı qərarını şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, elektromobillərin qiymətinin 15 faizini gömrük rüsumu təşkil edir:

“Hazırda bazarda elektromobillər 50-70 min manatdan 200-300 min manatadək təklif olunur. İşlənmiş hibridləri 18-20 min, yeni lüks hibridi isə 80 min manata almaq mümkündür. Gürcüstanda isə bu cür avtomobil 55-60 min manat arasıdır. Rüsumların necə yüksək olmasını hibrid “Toyota RAV4” avtomobilində daha aydın görürük. Bu hibrid maşının Gürcüstanla Azərbaycan arasında olan qiymət fərqi 13 min dollardır. Rüsumlarla bağlı güzəşt tətbiq olunsa, artıq bu maşınlara da maraq artacaq. İnsanlar 60 min manata işlənmiş maşın almaqdansa, lüks, yeni hibrid avtomobil alar. Bu isə ölkədə avtomobil parkının yenilənməsinə səbəb olacaq”.

Ekspert elektromobillərə marağın artırılması üçün gömrük rüsumunun ləğvinin kifayət etmədiyini bildirib:
“Bu avtomobillərə marağın artması ilə bağlı dövlət proqramında stimullaşdırıcı addımların atılmasının vacibliyi bildiriləsə də, aidiyyəti qurumlar bu tədbirlərin görülməsinə gecikiblər. Onların idxalının bütün gömrük rüsumlarından və vergilərdən azad olunması barədə qərarın nə vaxt qəbul olunacağı da bəlli deyil. Ümumilikdə isə hesab edirəm ki, bu addımlardan qabaq birinci növbədə hibrid avtomobillərə keçid edə və bundan sonra elektromobillər üçün baza formalaşdıra bilərdik. Amma bizim aidiyyəti qurumlar məsələyə tərsinə yanaşdılar. Hazırda elektromobillər üçün maddi texniki baza tam formalaşmadığı üçün onlara maraq çox deyil. Vətəndaşlar bu avtomobillə rayonların hansınasa getsə, onu harada şarj etdirəcəyini və ya xarab olacağı halda harada usta tapacağını bilmir. Hibridlər isə enerji ilə yanaşı, həm də yanacaqla işlədiyi üçün onlara maraq var. Bunu ölkəyə gətirilən avtomobil sayı ilə bağlı statistikada da görürük. Belə ki, ötən ilin statistikasında 100 min ənənəvi, 50 min hibrid avtomobil gətirilibsə, elektromobillərin sayı 150 civarında olub. Bu il isə ilk iki ayda 560 hibrid, 11-12 elektromobil gətirilib”.

Avtonəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə ekoloji təmiz avtomobillər üçün stimullaşdırıcı addımın yalnız gömrük rüsumlarının və digər vergilərin ləğvi ilə bitməməsinin vacib olduğunu bildirib:
“Həmin avtomobilləri vətəndaşların rahat alması üçün avtokreditləşdirmə aparılmalıdır. Vətəndaş əgər ekoloji təmiz avtomobil almaq istəyirsə, ona dövlət güzəştli bank kreditləri verməlidir. Bundan əlavə həmin kreditin ilkin ödənişi olmamalı, aylıq faizi isə az olmalıdır. Bu zaman təkcə dövlət ekoloji avtomobillərin ölkəyə idxalını stimullaşdırmayacaq, həm də vətəndaşların bu avtomobilləri almasını təşviq etmiş olacaq”.

Qeyd edək ki, Nazirlər Kabineti elektrik mühərrikli avtomobillərin idxalının bütün gömrük rüsumlarından və vergilərdən azad olunması istiqamətində iş aparıldığını açıqlayıb.
Eyni zamanda, hibrid avtomobillərin idxalı zamanı əlavə dəyər vergisindən, istehsal tarixinə görə yeni nəqliyyat vasitələrinin idxalı zamanı tətbiq edilən vergi və gömrük rüsumlarına yenidən baxılması, elektrik mühərrikli və istehsal tarixinə görə yeni nəqliyyat vasitələrinin dövriyyəsi ilə bağlı alıcılar üçün güzəştli kredit şərtlərinin tətbiqi ilə əlaqədar stimullaşdırıcı tədbirlərin görülməsi istiqamətində də müvafiq işlər görülür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabahın havası ilə bağlı AÇIQLAMA
Bloqqer Hüseyn Həsənovun başı dərddə: Xeyli miqdarda borcu var
DİN işçilər axtarır

Yuxuda pul görməyin mənası nədir... - Yuxuyozma

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Mahaçqalada güclü qasırğa olub
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
İcra başçısının qəzada ölən bacısı oğlunun FOTOSU