Qaynar xətt:

(+99450) 247 90 86

Prezidentdən hər kəsi sevindirəcək sərəncam: Həmin şəhidin ailəsinə aylıq 2 min veriləcək

Prezidentdən hər kəsi sevindirəcək sərəncam: Həmin şəhidin ailəsinə aylıq 2 min veriləcək

REDAKTORUN SEÇİMİ

5170

31.12.2020, 22:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətən müharibəsində şəhid olan baş gizir Şahin Allahyarovun ailəsinə Prezidentin təqaüdü veriləcək.

Oxu24.com  xəbər verir ki, ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilən Şahin Allahyarovun ailəsi 2000 (iki min) manat təqaüd alacaq. 

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında  fərman imzalayıb.

Ölkə başçısının sərəncamına əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə və onların ailə üzvlərinə Azərbaycan Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği 2000 (iki min) manat müəyyən olunsun.