Qaynar xətt:

(+99450) 247 90 86

Üzücü xəbər: Hamının axtardığı itkin əsgərin Şəhid xəbəri gəldi  -  FOTO

Üzücü xəbər: Hamının axtardığı itkin əsgərin Şəhid xəbəri gəldi  -  FOTO

REDAKTORUN SEÇİMİ

3385

31.12.2020, 21:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətən Müharibəsi zamanı itkin düşmüş hesab olunan daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Oxu24.com-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, söhbət 25 yaşlı Nurlan Məlikovdan gedir. Məlum olub ki, ailəsinin 70 gündür xəbər ala bilmədiyi N.Məlikov oktyabrın 21-də Qubadlı istiqamətində döyüşlərdə şəhid olub.

Hazırda onun yaşadığı Masallı rayonu Öncəqala kəndində şəhidin dəfn mərasimi keçirilir.

Daha öncə N.Məlikovun atası Dünyamalı Məlikov "Qafqazinfo”ya açıqlamasında bildirmişdi ki, oğlu ilə sonuncu dəfə oktyabrın 20-də danışıb:

"Dedi ki, "ata Füzulidən Cəbrayıl istiqamətinə gedirik”. Ondan sonra əlaqə saxlamaq mümkün olmadı”.