Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
5342
30.12.2020, 09:50
"Yaxın günlərdə şagirdləri və valideynləri sevindirmək mümkün olacaq".
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa şagirdlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi ilə bağlı valideynlərin qaldırdığı problemin həllindən danışarkən deyib.
O, qeyd edib ki, əslində müəllimlər gününə ən böyük hədiyyə şagirdlərin istisnasız olaraq ictimai nəqliyyatdan ödənişsiz istifadəsi haqqında qərar ola bilərdi, çünki bu qərar ən çox müəllimləri sevindirə bilərdi:
"Dərsə sıxıntı içində gələn, yaxud imkansızlıqdan dərsə gələ bilməyən şagirdləri ilk anlayan şəxs müəllimdir. Bu qərarın verilməsi məktəblərdə dərs atmosferinə də müsbət yöndən təsir edəcək. Artıq əsas qurumlara müraciətimiz tamamlandı. Bütün yönləri ilə məsələni əsaslandırmağa çalışdıq. Bu gün məktəbdən kənarda uşaq qalmamalıdır. Uşağın məktəbə çatdırılmasının yükünü yaşayış səviyyəsi aşağı olan valideynlərin boynuna qoymaq olmaz. Dövlət mütləq bu yükü götürməlidir".
Fazil Mustafa bildirib ki, məktəbli paltarında olan hər bir uşaq yaşından asılı olmayaraq ictimai nəqliyyatdan istifadəyə görə pul ödəməməlidir:
"Çox az uşaq olar ki, dərsdən kənar vaxtda məktəbli forması geyib ictimai nəqliyyata minsin. Bizim təklifimiz məhz məktəbli formasında məktəbə gedib-gələn uşaqlara aiddir. Nəqliyyat qurumlarının zərərinin kompensasiyasını da büdcədən təmin etmək mümkündür. Düşünürəm ki, hökumət tərəfindən bu zəruri addım yaxın zamanlarda atılacaq, həm şagirdlərimizi, həm də valideynlərimizi sevindirmək mümkün olacaq".
femida.az
21:32 / 14 Noyabr 2026
43
21:22 / 14 Noyabr 2026
76
21:11 / 14 Noyabr 2026
325
21:04 / 14 Noyabr 2026
165
21:02 / 14 Noyabr 2026
85
20:56 / 14 Noyabr 2026
87
20:50 / 14 Noyabr 2026
94
20:38 / 14 Noyabr 2026
97
20:23 / 14 Noyabr 2026
865
19:54 / 14 Noyabr 2026
93
19:50 / 14 Noyabr 2026
98
19:36 / 14 Noyabr 2026
1541
19:15 / 14 Noyabr 2026
134
19:12 / 14 Noyabr 2026
128
19:05 / 14 Noyabr 2026
121
18:50 / 14 Noyabr 2026
129
18:43 / 14 Noyabr 2026
137
18:21 / 14 Noyabr 2026
875
18:09 / 14 Noyabr 2026
145
18:06 / 14 Noyabr 2026
571
18:03 / 14 Noyabr 2026
120
17:18 / 14 Noyabr 2026
234
17:15 / 14 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.