Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQIQƏ! Ermənilər yeni itkiləri açıqladı: ŞOK RƏQƏM

SON DƏQIQƏ! Ermənilər yeni itkiləri açıqladı: ŞOK RƏQƏM

REDAKTORUN SEÇİMİ

5018

29.12.2020, 07:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Noyabrın 13-dən dekabrın 27-dək Qarabağda Ermənistanın 1 111 hərbi qulluqçunun meyiti aşkarlanıb.
Bu barədə Oxu24.com Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, erməni əsgərlərinin meyitlərinin axtarışları hələ başa çatmayıb. Hazırda üç qrup müharibədə öldürülmüş erməni hərbçilərin meyitlərini axtarır. Məlumata görə, axtarışlara itkin düşmüş erməni hərbçilərin doğmaları da cəlb edilib.
Xatırladaq ki, dekabrın 25-də Ermənistan mətbuatı noyabrın 13-dən Qarabağ müharibəsində həlak olmuş 1 059 erməni əsgərinin meyitinin aşkarlandığını xəbər verib. Qeyd edilirdi ki, itkin düşmüş daha 537 erməni hərbçinin axtarışı aparılır. Ermənistanın Müdafiə Nazirliyi Qarabağ müharibəsindəki itkilərinin sayını gizlədir. Nazirlik döyüşlərdə həlak olan erməni hərbçilərinin sayını bu günə kimi açıqlamayıb.