Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Hər kəsi sevindirəcək qərar qəbul edildi: yanvarın 1-dən...

SON DƏQİQƏ! Hər kəsi sevindirəcək qərar qəbul edildi: yanvarın 1-dən...

REDAKTORUN SEÇİMİ

30439

28.12.2020, 14:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Oxu24.com  xəbər verir ki, qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət veriləcək.

Hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq.

Qanuna daha bir dəyişikliklə isə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayanacaq.

Qanuna dəyişiklik layihəsi 2021-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.