Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45303
az

İNSANIN BURUN FORMASI ONUN XARAKTERİNDƏN XƏBƏR VERİR - FOTO İLƏ YOXLAYIN

23:1227 Dekabr, 2020
6289
REDAKTORUN SEÇİMİ
  • A

Bu qəribədir , lakin faktdır. İnsanın burun forması onun xarakteri barəsində çox şey deyə bilər.
Feat.Az israilli alim, Ben Qurion Universitetinin əməkdaşı Avraam Tamir apardığı tədqiqatlar nəticəsində bu rəyə gəlib ki, burun forması və xarakter arasında birbaşa əlaqə var. Onun elmi işinin nəticələri kəllə- üz cərrahiyəsinə həsr olunmuş elmi jurnalda dərc edilib. Avraam Tamirin fikrinə görə insan burnunun 8 əsas forması olur:
[center]
İnsanın burun forması onun xarakterindən xəbər verir
1.Birinci şəkildəki burun forması Nubiyski burun forması öz uzunluğu ilə seçilir. Bu burun düzdür və uc hissəsi aşağıya yönəlib. Belə buruna malik insanlar hər şeylə maraqlanan və optimist insanlardırlar. Onlar başqalarına kömək etməyi, başqaları üçün ideal şərait yaratmağı sevirlər. Bir çoxlarına simpatik görünə bilirlər, istənilən problemdən həll yolu tapırlar.

 

2. Yunan burnu.Bu burun öz forması ilə antik yunan heykəllərinin burun formalarını xatırlatdığı üçün belə ad alıb. Çox dar, uzun və düz burun formasıdır. Bu burun formasında olanlar diqqət mərkəzində olmağı sevirlər, praktikdirlər, öz yaxınlarına çox sadiqdirlər. Belə insanlar öz hissləri barəsində danışa bilmirlər , buna görə də qapalı insan təsiri bağışlayırlar


3. Qarmaq burun. Çoxları bu burun formasını quş dimdiyinə bənzədirlər. Belə buruna malik insanlar kreativ, özlərindən əmin insanlardırlar. Öz prinsiplərini ehtirasla qoruyur, öz məqsədlərinə çatmaq üçün hər şeyi riskə ata bilirlər.


4. Qarmaq buruna bənzəyir, lakin ucu daha itidir. Belə insanlar istedadlı təşkilatçılardırlar. Onlar hər zaman dürüst və öz işlərində məsuliyyətlidirlər. Qarşıya qoyulan məqsədə hər zaman çatırlar.


5.Düymə burun. Kiçik və gözəl burun formasıdır. Çox yayılıb. Belə burun sahibləri öz qərarlarını anidən verirlər və bu da onların yaxınlarının narahatlığına səbəb olur. Güclü xarakterə malikdirlər. Sözdən dərhal işə keçirlər. Demək olar ki, hər zaman istədiklərini alırlar.


6. Düz burun. Bu burun forması Asiyada çox yayılıb. İdeal düz , ucu dəyirmi, kənarları bir qədər genişdir. Belə insanların çox güclü xarakteri var. Çox ehtiraslı və temperamentli insanlardırlar. Asanlıqla əsəbləşirlər.


7. Çökək burun. Geniş yayılmış burun formasıdır.Belə buruna malik insanlar əliaçıq, başqalarının problemlərini həll etməyə can atan, çox həssas insanlardır. Onları çox asanlıqla incitmək olur və ən xırda şeydən belə təhqir olunmu kimi hiss edirlər.


8. Əyri burun. Adı xoşa gəlməz olsa da belə buruna malik insanlar mehriban, sevgi dolu insanlar olurlar Yaxşı dinləyici, əla dost və tərəfdaş olurlar.[/center]

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan tibbinə ağır itki baş verdi
Rubl bahalaşdı
Pensiya alanlara ŞAD XƏBƏR

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?