Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
6076
25.12.2020, 16:22
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı və digər həssas qruplardan olan ailələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə sovqatların çatdırılmasına başlanılıb.
Fonddan Oxu24.com-a verilən məlumata görə, Heydər Əliyev Fondunun və “Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi aksiya respublika üzrə 100 minədək ailəni əhatə edəcək. Bura aztəminatlı ailələrlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqlar, 5 və daha artıq uşaqlı, Ermənistanın hərbi təcavüzü zamanı dəymiş zərərlər nəticəsində evlərini tərk edən ailələr daxildir.
Ərzaq məhsullarından ibarət sovqatların vətəndaşlara çatdırılması mövcud karantin rejiminin tələblərinə əməl olunmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilir. “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri aksiyanın həyata keçirilməsində yaxından iştirak edirlər.
Sovqatların paylanılması dekabrın sonunadək davam edəcək.
Qeyd edək ki, aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu onlarla bağlı mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. İndiyədək respublika üzrə sosial yardım alan ailələrə Yeni il, Novruz və Ramazan bayramlarında sovqatlar çatdırılıb, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil edilib, hədiyyələr verilib. Eləcə də yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə elan olunmuş xüsusi karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı ailələrə ərzaq payları çatdırılıb.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ailələrə çatdırılan bayram sovqatı qutusuna aşağıdakılar daxildir:


23:59 / 14 Noyabr 2026
57
23:51 / 14 Noyabr 2026
54
23:47 / 14 Noyabr 2026
60
23:33 / 14 Noyabr 2026
74
23:23 / 14 Noyabr 2026
210
23:16 / 14 Noyabr 2026
69
23:05 / 14 Noyabr 2026
294
23:01 / 14 Noyabr 2026
146
22:28 / 14 Noyabr 2026
703
22:19 / 14 Noyabr 2026
84
21:55 / 14 Noyabr 2026
113
21:32 / 14 Noyabr 2026
135
21:22 / 14 Noyabr 2026
172
21:11 / 14 Noyabr 2026
737
21:04 / 14 Noyabr 2026
866
21:02 / 14 Noyabr 2026
125
20:56 / 14 Noyabr 2026
646
20:50 / 14 Noyabr 2026
135
20:38 / 14 Noyabr 2026
132
20:23 / 14 Noyabr 2026
1303
19:54 / 14 Noyabr 2026
120
19:50 / 14 Noyabr 2026
123
19:36 / 14 Noyabr 2026
1998
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.