Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda erməni kəşfiyyatçı tutulub? - Nazirlik TƏCİLİ MƏLUMAT YAYDI

Azərbaycanda erməni kəşfiyyatçı tutulub? - Nazirlik TƏCİLİ MƏLUMAT YAYDI

REDAKTORUN SEÇİMİ

5439

25.12.2020, 00:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bu gün bəzi sosial şəbəkələrdə Yevlax rayonunun Kövər kəndi ərazisində erməni milliyətinə məxsus silahlı şəxsin aşkar edilməsi barədə yayılmış videogörüntülər həqiqəti əks etdirmir.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Məlumata görə, kənd sakinləri tərəfindən aşkar edilən şəxsin kimliyinin müəyyən edilməsi üçün Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılıb. Araşdırma zamanı həmin şəxsin ruhi-əsəb xəstəliyi olan, Yevlax şəhər sakini R.Ə. olduğu müəyyən edilib. Saxlanılarkən ondan istifadəyə yararsız 2 ədəd əl qumbarası da götürülüb. Aşkar edilən şəxsin müalicəsinin davam etdirilməsi üçün ruhi-əsəb əxstəlikləri dispanserinə yerləşdirilib.