Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
4358
24.12.2020, 21:27
Azərbaycandan Rusiyaya ixrac olunan bəzi qida məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla birgə zəruri tədbirlər davam etdirilir.
AQTA-dan Oxu24.com-a verilən məlumata görə, məsələ ilə bağlı AQTA və Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") ilə aparılan müzakirələr nəticəsində 24 dekabr tarixində daha 12 müəssisədən - "Suliddinoğlu Kəndli Fermer Təsərrüfatı" MMC, "Səma Agro" MMC, "Xızı Aqropark" MMC, "ART GREEN" MMC, Abbasov Elman Davud oğlu, Ələsgərova Lamiyə Eyvaz qızı, Ələsgərov Elçin Teymur oğlu, Əsgərov Çingiz Cəmil oğlu, Quliyeva Aidə Əhməd qızı, Yusifov Çingiz Əmiralı oğlu, Məmmədov Vilayət Rüstəm oğlu, Məmmədov Həmid Behbud oğluna məxsus müəssisələrdən pomidor məhsulunun Rusiyaya ixracına icazə verilib.
Qeyd edək ki, Rusiya Federasiyasının müvafiq qurumu bu icazələrin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş fitosanitar nəzarətin artırılması, habelə aparılmış monitorinqlərin nəticələrinə dair təqdim olunmuş məlumatlar əsasında verdiyini bəyan edib.
Hazırda Agentliklə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam edir.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın müvafiq qurumu tərəfindən 5 pomidor, 3 alma istehsalı müəssisəsindən də Rusiyaya məhsul ixracına icazə verilmişdi.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.