Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2754
23.12.2020, 14:12
"Vətəndaşlarımızın Şuşaya köçürülməsi ilə bağlı tənzimlənmələr dövlət tərəfindən Azərbaycan qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək".
Bunu Milli.Az-a açıqlamasında əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyib.
Ekspert bildirib ki, Şuşanın, Kəlbəcərin, Laçının turizm potensialı yüksək olduğu üçün digər rayon və şəhərlərimizlə müqayisədə bu ərazilərdə daşınmaz əmlakın qiyməti yüksək olacaq:
"İlk növbədə orada vaxtilə yaşamış insanlar, onların övladları orada mülkiyyət hüquqlarına sahib olmalıdır və onların mülkiyyət hüquqları tanınmalıdır. Bu, ilk növbədə olan məsələdir.
Bundan başqa dövlət özü Vətən müharibəsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin o döyüşlərdə şəhid olmuş şəhidlərimizin övladlarına, ailə üzvlərinə güzəştli şərtlərlə mənzil, fərdi yaşayış evləri və yaxud torpaq sahələri ayıra bilər.
Hazırda orada qiymətləndirmə işləri aparılır, mövcud infrastruktur yaradılır. Bu proses yəqin ki, bir neçə müddət çəkəcək. Doğrudur, sakinlərin köçürülməsinin gələn ilin yayından başlaması nəzərdə tutulsa da, mən hesab edirəm ki, orada tam məskunlaşma təxminən 4-5 il ərzində tam formalaşacaq.
Təbii ki, digər Azərbaycan vətəndaşları da oradan mənzil, fərdi yaşayış evi, yaxud torpaq sahələri almaq hüququna malikdirlər. Necə ki, hər bir Azərbaycan vətəndaşı Respublikanın digər bütün bölgələrində həm torpaq sahələri, həm fərdi yaşayış evləri almaq hüququna malikdirlər.
Mənzil və fərdi yaşayış evlərinin digər xarici vətəndaşlara da satılması mümkündür, amma yalnız torpaq sahəsini çıxmaq şərti ilə. Bildiyiniz kimi, Azərbaycan qanunvericiliyinə uyğun olaraq torpaq sahəsi xarici ölkə vətəndaşlarına satılmır, onlar yalnız mənzil və yaxud fərdi yaşayış evləri almaq hüququna malikdirlər.
mazda.az
Читать дальше
Respublikanın digər rayon və şəhərlərində olduğu kimi yəqin ki, bir müddət sonra Şuşada da bir bazar dəyəri formalaşacaq. Necə ki, digər şəhər və rayonlarda həm mənzillərin, həm fərdi yaşayış evlərinin, həm torpaq sahələrinin bazar dəyəri formalaşıb. Yəni, bu, sıx tələb və təklifdən asılı olaraq yaranacaq. Orada qiymətlərin necə olacağını proqnozlaşdırmaq bu il hələ ki tezdir. Tələb və təklif prinsiplərinə əsasən digər şəhər və rayonlarımızda olduğu kimi, orada da tələb və təklifdən asılı olaraq qiymətlər formalaşacaq.
Elə kəndlərimiz, şəhərlərimiz var ki, qiymət baxımından turizm bölgələrində qiymətlər nisbətən daha yüksəkdir. Hesab edirəm ki, bəli, xüsusən Şuşada, Kəlbəcərdə, Laçında bizim digər aran zonası ilə müqayisədə qiymətlər yüksək olacaq. Çünki oraların turizm potensialı yüksək olduğu üçün bu bölgələrə investisiyalar yatırılacaq. Azərbaycan höküməti, Turizm Agentliyi də artıq xarici ölkə investorlarına müraciət edərək orada otellərin tikintisinə çağırıb. Yəqin ki, yaxın 5 il ərzində o ərazilərdə də Azərbaycanda daşınmaz əmlak bazarının qiymətləri ilə bağlı artıq bir bazar təşəkkül tapacaq. Amma hazırda orada qiymətlərin necə olacağını demək hələ ki tezdir. Bu yaxın müddətdə, məskunlaşma başlayandan sonra orada da daşınmaz əmlak bazarının qiymətlərindən danışa biləcəyik".
Təhməz Əsədov
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.